b_400_300_16777215_00_https___cdn.musavat.com_news_thumbnails_d6c8a350f935c7a7607e9ea0a54f8df9.jpg
 

Vətən müharibəsində möhtəşəm qələbəmizin dördüncü ili tamam olur; Azərbaycan döyüş meydanında rəşadətli mübarizəsi ilə yanaşı, diplomatiya masasında da səviyyəli iş aparıb

Vətən müharibəsində möhtəşəm qələbəmizin dördüncü ili tamam olur. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuz 2020-ci ilin bu günləri torpaqlarımızdan işğalçıları təmizləmək üçün əks-hücum əməliyyatlarını davam etdirirdi. 

Artıq bu günlərdə qəhrəman Azərbaycan əsgərləri Şuşa şəhərini azad etməyə yaxınlaşırdılar. İndi bu hadisələrə daha soyuq ağılla qiymət verəndə məlum olur ki, Azərbaycan döyüş meydanında rəşadətli mübarizəsi ilə yanaşı, diplomatiya masasında da mükəmməl və səviyyəli iş aparıb. Əgər elə olmasaydı, kənar güclər Qarabağı poliqona çevirməyə çalışacaq, müxtəlif mərkəzlərin mübarizə meydanına çevriləcəkdi. Amma Azərbaycanın ağıllı strategiyası nəticəsində Qarabağda heç bir beynəxalq missiya yoxdur və rus sülhməramlı kontingenti də vaxtından tez bölgəni tərk edib. Əslində müqaviləyə görə hələ də rus hərbçilər regionda qalacaqdılar, amma şərait elə gətirdi ki, onlara ehtiyac olmadı. 

Təbii, 4 il əvvəlki hadisələri xatırlayanda, çoxları rus hərbçilərinin Qarabağdan tezliklə getməsini gözləmirdi. Elə Rusiyanın da niyyəti Qarabağı tələm-tələsik tərk etmək olmamışdı. Lakin Azərbaycanın siyasi rəhbərliyinin uzaqgörən siyasəti bu məsələnin erkən həllinə səbəb oldu. Beləliklə, Vətən müharibəsini həm hərbi, həm diplomatiya cəbhəsində qələbə ilə başa vura bildik. Hər iki prosesdə Ordunun qüdrəti ilə diplomatiyanın praqmatizmi sinxronluq təşkil etdi. Erməni tərəfi isə təhlükəsizlik sahəsində və siyasi müstəvidə birtərəfli, əyilmiş, başıpozuq siyasəti ucbatından itirə-itirə gedir. Milli Cəbhə Partiyasının sədr müavini Ehtiram Mehdiyevin qəzetimizə dediyinə görə, ümumiyyətlə, Qarabağ müharibəsinin finalı, separatçıların həbsinə qədər nəticə əldə edilməsi, soyqırıma məruz qalan Xocalı şəhərinin azad edilməsi ən möhtəşəm sonluq idi: “Yəni həm siyasi-hüquqi, həm mənəvi qalibiyyət əldə olundu. Azərbaycan Ordusu erməni faşizminə qalib gəldi və onu darmadağın etdi. Doğrudur, postmünaqişə dövründə erməni faşizminin yeni elementləri meydana çıxıb: revanş ovqatı, silahlanma, qisasa çağırış, "artsax uğrunda mübarizə" kimi cəfəng səslər eşidilir. Fəqət Azərbaycanın gücü revanşizm həvəskarlarına əsl xəbərdarlıqdır, bunu xüsusən də erməni baş nazir Nikol Paşinyan qiymətləndirə bilir. O anlayır ki, yeni müharibə yeni fəlakətdir. Erməni xalqı yorulub və döyüşə hazır deyil". 

Partiya rəsmisi hesab edir ki, ümumən, uduzmuş ordu 4-5 il sonra təkrar müharibə apara bilməz: “Erməni ordusunda isə əzm yoxdur. Deməli, sülhə aparan yol ermənilərin nicatıdır. Onlar 10 milyonluq Azərbaycan, 80 milyonluq Türkiyə ilə hansı potensial ortaya qoya bilərlər?! Rusiyadan da siyasi və hərbi cəhətdən üz çevirmiş bir ölkənin Fransa, Amerika hesabına nəyisə etməsi gülüncdür. Erməni xalqına sülh hamıdan çox lazımdır. Bir sözlə, 44 günlük müharibə və zəfərin nəticələri 4 il sonra nəticələr çıxarmağa, hadisələri  dəyərləndirməyə imkan yaradır. Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib, sərhədin Tavuş istiqamətində delimitasiya aparılıb, Qazağın 4 işğal olunmuş kəndi danışıqlarla geri alınıb, hazırda ikitərəfli danışıqlar müxtəlif müstəvilərdə pis-yaxşı inkişafdadır”. E.Mehdiyevin fikrincə, bütün bu nəticələr Vətən müharibəsinin bizə qazandırdığı imkanlardır: “Ali Baş Komandanın və qalib Ordunun döyüş meydanındakı zəfəri bizim diplomatik masada əlimizi gücləndirməkdədir”. 

Xatırladaq ki, Prezident İlham Əliyev Vll çağırış Milli Məclisin ilk iclasındakı nitqində deyib ki, Qarabağ və Şərqi Zəngəzurun bərpası hər birimizin önəmli vəzifəsidir. Ölkə başçısı İkinci Qarabağ müharibəsindən sonra görülmüş işlərin miqyasının çox geniş olduğunu qeyd edərək, bir neçə rəqəmi açıqlayıb. Bildirib ki, müharibədən sonra bu ilin sonuna qədər xərclənməsi nəzərdə tutulan vəsait 19 milyard manatdır. Vəsaitin çox hissəsi infrastruktur layihələrinə xərclənib. Zəngilanın Ağalı kəndindən başlayan Böyük Qayıdış planına uyğun olaraq artıq Laçın, Füzuli, Zəngilan, Şuşa, Xocalı sakinlərinin bir qismi öz doğma evlərində yaşayırlar. İşğaldan azad edilmiş bütün ərazilərimizdə böyük infrastruktur obyektləri inşa edilib, əhalinin məşğulluğu təmin edilir. Dünya standartlarına cavab verən müasir məktəblər, xəstəxanalar tikilib istifadəyə verilir.

Hazırladı: Emil Salamoğlu

Bölmənin digər xəbərləri

22 May 2025 “Azad edilən ərazilərdə geniş iş imkanları var” - Sahib Məmmədov
21 May 2025 Bu il işğaldan azad olunan rayonlarda nə qədər yeni iş yeri açılıb? – Siyahı
20 May 2025 Növbəti köç karvanı Kəngərliyə yola düşdü
19 May 2025 "Zəngəzur dəhlizi 3-4 il ərzində..." - Türkiyəli nazir
18 May 2025 Ağdamdan Tiranaya tarixi səfər və peşman olanlara uzanan əllər
17 May 2025 Paşinyan revanşistlərə meydan oxudu - “artsax” tamaşasında son pərdə?
16 May 2025 Xankəndidə ilk dəfə 21 abituriyent üçün qəbul imtahanı keçiriləcək
16 May 2025 Araiklə dəstəsi ermənilərin özlərinin çəkdiyi videolarla ifşa olunur -Bakıda tarixi məhkəmə davam edir
15 May 2025 Azad edilən ərazilərdə 43 min 144 nəfər məskunlaşıb
15 May 2025 Daha 5 itkin-şəhid dəfn ediləcək – FOTO
13 May 2025 TƏCİLİ! Ermənilər mövqelərini GÜCLƏNDİRİR: Şin toplayaraq sərhədə göndərirlər - NƏ BAŞ VERİR?
13 May 2025 “Çölə çıxıb içəridə hər kəsin öldüyünü desəm də, inanmadılar”
12 May 2025 Bura Laçındır, amma…- ZAUR ƏLİYEV YAZIR…
11 May 2025 Mehriban Əliyevadan maraqlı paylaşım - VİDEO
10 May 2025 Prezident Ağdamda açılışda iştirak etdi
09 May 2025 Prezident və xanımı Daşaltı kənd məscidinin açılışında...
09 May 2025 Prezident və xanımı Şuşa Müalicə-Sağlamlıq Mərkəzinin açılışında...
08 May 2025 Azərbaycana qarşı 9 may şantajı - Kremlə yaltaqlığın yeni forması
06 May 2025 Erməni hərbçilərindən sərhəddə TƏXRİBAT – əxlaqsız hərəkətlər və təhqiramiz ifadələr (ŞOK VİDEO)
05 May 2025 “Bakıya qədər irəliləyib, Azərbaycan rəhbərliyini girov götürüb, onlara deyəcəkdik ki...”

Dünyapress TV

Xəbər lenti