Anti-terror əməliyyatının nəticəsində Azərbaycan suverenliyini bərpa etdi, separatizmi bitirdi, sərhədlərinə isə tam nəzarətə nail oldu.
44 günlük müharibə ilə Azərbaycan öz ərazisində Ermənistan ordusuna qalib gəlib, işğalda olan ərazisinin böyük hissəsini azad etsə də, suverenliyini tam bərpa edə bilməmişdi, sərhədlərinə tam nəzarəti mümkün deyildi, separatizm, separat ocağı qalmaqda idi.
Ona görə də, anti-terror əməliyyatı labüd görünürdü. Anti-terror əməliyyatının keçirilməsinin müxtəlif səbəbləri var. Sözü gedən əməliyyatı ermənilərin silahlanması, təxribatlar törətməsi ilə bağlayanlar daha çoxdur. Hesab edirəm ki, güc yolunun işə düşməsinin yeganə və tək səbəbi 10 noyabr Bəyanatı idi. Səbəb göstərilən digər məsələlər 10 noyabr Bəyanatının 4-cü bəndinə əməl edilməməsindən qaynaqlanır. 10 noyabr Bəyanatında açıq şəkildə göstərilirdi ki, erməni silahlıları ərazini tərk edəcək, onun yerinə Rusiya sülhməramlıları daxil olacaq. Məsələ ondadır ki, bu, baş vermədi. Əksinə, ruslar əraziyə girəndən dərhal sonra silahlıları formalaşdırmağa və nizami ordu halına gətirməyə başladı. Sülhməramlılar qaçan əhalini geri qaytardı, evlər inşa etdi, onların su və digər probleminin həllinə çalışdı.
Ümumiyyətlə, Ermənistan Rusiya ilə Azərbaycanı Qarabağda üz-üzə qoymağı bacarmışdı. Təsadüfi deyildi ki, Ağdərədə, Xankəndində rus icmaları yaradılmağa başlanılmışdı. Sülhməramlıların ərazidə ömürlük qalacağı atılan addımlardan hiss olunurdu. Azərbaycan da Kosovoda, Əfqanıstanda sülhməramlı missiya həyata keçirib. Azərbaycanın həmin ərazilərdə Füzuliyə, Nizamiyə, Üzeyir Hacıbəyova büst qoyduğunu görmüşük? Qətiyyən! Heç bunu digər ölkələr də etmirdi. Ancaq ruslar nəinki dahilərinə büstlər qoyur, hətta kilsə belə tikmişdilər. Yəni, Rusiyanın Qarabağ siyasəti məlum idi. Bütün bunları və digər məsələləri nəzərə alaraq yazırdım ki, Rusiya ilə uzlaşmadan anti-terror əməliyyatı keçirmək mümkün deyildi.
Rusiyanın Ukraynaya hücumu rusların Qarabağ planına yenidən baxmağa məcbur etdi. Ukraynaya hücumdan iki gün öncə – 22 fevral 2022-ci il tarixində Azərbaycanla Rusiya arasında Moskva bəyannaməsi imzalandı. Rusiya gözəl bilirdi ki, Ukraynaya hücumla Qərblə, NATO ilə döyüşməli olacaq, sanksiyalar məngənəsinə salınacaq. Rusiya Cənubi Qafqazdan da arxayın deyildi. Çünki Gürcüstanın Qərblə yaxınlaşması, Paşinyanın isə Qərbin layihəsi olması Rusiyanı seçim qarşısında qoydu və Azərbaycanla yaxınlaşmanı seçdi. Bu yaxınlaşma sözdə yox, əməldə, yəni sahədə də olmalı idi. Təsadüfi deyil ki, Fərrux əməliyyatı da Moskva Bəyannaməsindən bir ay keçməmiş baş tutdu. Azərbaycanın Rusiya ilə müttəfiq olması Qərblə münasibətlərinə zərər verirdi, bu zərərin qarşılığında isə Azərbaycan bir nömrəli problemini həll etməli idi.
Məsələyə bir qədər fərqli baxaq. Rusiya sülhməramlıları Qarabağa daxil olarkən, erməni silahlıları çıxmış olsaydı, nələr baş verərdi? Ermənilər Qarabağda yaşayardı, Azərbaycan onlara hansısa güzəştlər etmək məcburiyyətində qalacaqdı. Ən azı milli muxtariyyət. Silahsız əhaliyə qarşı anti-terror əməliyyatı keçirmək də mümkün olmayacaqdı. Onları ram etmək də mümkün olmayacaqdı. Etirazlar, mitinqlər, aksiyalar edəcəkdilər. Əslində, ermənilərə milli muxtariyyətin verilməsi Azərbaycanda milli münaqişəni də alovlandıra bilərdi. Digər xalqlar da milli muxtariyyət tələbi ilə çıxış edə bilərdirlər. Hesab edirəm ki, proseslərin bu mərhələsində rusların və ermənilərin bəlkə də ən böyük peşmanlığı silahlıların orada qalmasında israr etmələridir.
Azərbaycan tarixi fürsət əldə etmişdi. Ona görə də, anti-terror əməliyyatını əldən verə bilməzdi. Azərbaycanın bu əməliyyatı 24 saata sığdırmasının əsas səbəblərindən biri Ermənistanla Qarabağdakı silahlıların əlaqəsini kəsmək oldu. Yəni, nə silah, nə də canlı qüvvə dəstəyi baş vermədi. Əməliyyata hazırlıq mərhələsi də çox önəmli idi. Əraziyə silah və texnikanın daşınması, komando briqadalarının təlimlərə cəlb edilməsi əməliyyatın xəbərçisi idi. Anti-terror əməliyyatı 24 saat yox, bir neçə saat da çəkə bilərdi. Buna isə hava şəraiti imkan vermədi. Bu əməliyyat PUA-larsız, hərbi təyyarələrsiz, helikoterlərsiz baş tutdu. Anti-terror əməliyyatı klassik bir əməliyyat oldu. Raket-artileriya, minaatanlar və piyadaların fəaliyyəti ilə baş tutdu. 44 günlük müharibədə əsas məsələ strateji və hakim yüksəkliklərin tutulması idisə, bu əməliyyatda ən vacib məsələ mühasirədə olan erməni silahlılarının daxildə əlaqəsinin kəsilməsi, yəni, yol qovşaqlarının tutulması və onların təslimçiliyə məcbur edilməsi idi. Hesab edirəm ki, qarşıya qoyulan məqsədə də çatıldı.
Erməni tərəfi də bu əməliyyata tam hazır idi. Onlar sıx meşələrdə pusqular qurur, minaatanlar vasitəsi ilə maksimum itki verdirməyə çalışırdı. Açığı bunu bacarırdırlar da. Azərbaycan tərəfi itkilər verdi. Düzdür, əməliyyatın miqyasına baxdıqda bunun normal olduğunu da demək olar. Məsələ ondadır ki, itkilərin bir çoxu arxayınlıq, qruplarla sızmaq yerinə, klassik motoatıcı kimi hərəkət edildiyi üçün baş verdi.
Əməliyyat zamanı Ağdam, Ağdam-Xocavənd və Xocavənd istiqamətində müşahidələr apardım. Hava dəstəyinin olmaması ciddi problem idi. Bundan əlavə, Azərbaycan tərəfi maksimum diqqətli olmalı idi. Yaşayış məntəqələrinə, mülki obyektlərə, mülki şəxslərə və Rusiya sülhməramlılarına zərər verilməməli idi. Bu isə əməliyyatı bir qədər də çətinləşdirirdi. Erməni tərəfi isə demək olar, bütün artileriya vasitələrinin, hərbi texnikaların yanında mülki maşınlar saxlamışdı. Səbəb çox sadə idi, Azərbaycan tərəfi mülki maşınlara görə zərbələr endirməsin. Bundan əlavə, əməliyyat Rusiya tərəfi ilə də tam razılaşdırılmışdı. Belə ki, ruslar 4 məntəqəyə çəkilərək, koordinatlarını Azərbaycan tərəfinə vermişdi ki, həmin istiqamətə zərbələr endirilməsin. Ağır hava şəraitinə, ağır şərtlərə və bəzi yalnışlıqlara baxmayaraq, Azərbaycan Ordusu qarşısına qoyulan tapşırığı yerinə yetirə bildi.
Nəticədə Azərbaycan nə qazandı? 44 günlük müharibədə əldə edilən hərbi qələbəyə baxmayaraq, Azərbaycanın suverenlik, ərazisində separatizm, sərhədlərə tam nəzarətin təmin edilməməsi kimi problemi qalmaqda idi. Anti-terror əməliyyatının nəticəsində Azərbaycan suverenliyini bərpa etdi, separatizmi bitirdi, sərhədlərinə isə tam nəzarətə nail oldu.
Səxavət Məmməd
TEREF
 
 


 

Bölmənin digər xəbərləri

21 Sentyabr 2024 Qarabağda evini kirayə verib, Bakıya qayıdanlara XƏBƏRDARLIQ
20 Sentyabr 2024 Bərdədə gərək, xəstə yıxılıb ölə ki həkimlər hərəkətə keçsin... - FAKT BUDUR!
20 Sentyabr 2024 BU NƏDİ BELƏ: Paşinyan MÜHARİBƏYƏ SƏSLƏYİR - Qeyri-rəsmi olsa da...
19 Sentyabr 2024 Xankəndidə separatçılığı BELƏ MƏHV ETDİK - Bu günə qədər açılmayan SİRLƏR
19 Sentyabr 2024 Erməni separatizminə son qoyulan antiterror əməliyyatından bir il ötür
18 Sentyabr 2024 Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun üzvlərinin Kəlbəcərə səfəri başlayır
18 Sentyabr 2024 Cəbrayılda tender: bir evin tikintisinə 159,6 min manat xərclənəcək
17 Sentyabr 2024 Hadrut və Tuğda bu işlərə 13 milyon manat ayrıldı
17 Sentyabr 2024  Ağdamda 12,3 milyon manatlıq tikinti-quraşdırma işləri aparılacaq
16 Sentyabr 2024 Vardanyanın Azərbaycandakı qanunsuz biznesi - Video
16 Sentyabr 2024 Şuşada 33 il sonra ilk zəng çalınıb
15 Sentyabr 2024  Zəngəzur dəhlizi həm də buna görə vacibdir... - Ermənistan KİV
14 Sentyabr 2024 Qarabağda torpaq bölgüsü necə aparılacaq?
13 Sentyabr 2024 Şəhidlərlə bağlı məlumatları silən şəxs: "O məqalələr yaradılmamalı idi"
11 Sentyabr 2024 Şuşanın məşhur “Turşsu” bulağının ətrafı zibilliyə dönüb - "Bu bizim yaralı yerimizdir..."
10 Sentyabr 2024 ANTİ-TERROR ƏMƏLİYYATINDAN YENİ GÖRÜNTÜLƏR... - Müdafiə Nazirliyi yaydı + VİDEOLAR
09 Sentyabr 2024  Ermənilər bu tarixdə separatçıları Bakıdan “qaçırmaq" istəyirlər - Görün nə planlaşdırıblar
08 Sentyabr 2024 Pezeşkian “qırmızı xətt”i pozacaq? - Sübhaniyə “Zəngəzurdan danış” əmri verildi
07 Sentyabr 2024 Şuşa sakini: "Altı yaşımda çıxarıldığım doğma yurduma 40 yaşımda qayıdıram"
07 Sentyabr 2024 Müdafiə Nazirliyi antiterror əməliyyatından görüntülər yaydı (VİDEO)

Dünyapress TV

Xəbər lenti