BU NƏDİ BELƏ: Paşinyan MÜHARİBƏYƏ SƏSLƏYİR
Baş nazir beynəlxalq aləmin diqqətini cəlb etmək üçün Azərbaycanın guya ölkəsinə aid ərazini ələ keçirdiyini yenidən açıqlayıb; söhbət işğal dövründə qanunsuz şəkildə irəli çəkilən dövlət sərhədindən gedir - hərbi analitikin izahı

“Ermənistan Silahlı Qüvvələrində islahatlar aparmağa başlayıb. Bu, Azərbaycanda da müzakirə edilir. Deyirlər ki, Ermənistan sülh istəmir”. “Yeni Müsavat”ın verdiyi xəbərə görə, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan İkinci Dünya Erməni Sammitində bəyan edib. Paşinyan ordunu sürətlə silahlandırmalarını BMT Nizamnaməsinin “özünümüdafiə” prinsipi ilə ört-basdır etməyə çalışıb. Əsas diqqət çəkən məqam onun Azərbaycanla müharibə edib-etməmək haqda dedikləridir. Paşinyan iddia edir ki, Azərbaycan Ordusu Ermənistanın 200 kvadratkilometr ərazisinə daxil olub. Söhbət işğal dövründə Ermənistanın qanunsuz şəkildə irəli çəkdiyi dövlət sərhədinin bərpasından sonra ordumuzun nəzarət etdiyi ərazilərdən gedir. Ermənistan isə bu ərazilərin onlara “məxsus” olduğunu iddia edir, xüsusilə İstisu (Cermuk) istiqamətində ordumuzun mövqelərindən geri çəkilməsini istəyirlər.

Nikol bildirib ki, bu ərazilərin “azad olunması” üçün müharibə etməyəcəklər. “Hesab edirik ki, Azərbaycanla sərhədin demarkasiyası haqda imzalanmış əsasnamə bu məsələni danışıqlar yolu ilə həll etmək imkanı verir”, - o bildirib.

Paşinyanın bu çıxışı Ermənistanın sürətlə silahlandırılmasına haqq qazanmaq məqsədi daşıyır. Daha ötəsi, onun ərazilərinin guya işğalı ilə bağlı dedikləri əslində Ermənistanın qeyri-rəsmi müharibə elanı kimi də qiymətləndirilə bilər. Həmin sammitdə Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan isə deyib ki, əvvəllər Rusiya ilə hərbi-texniki əməkdaşlığın səviyyəsi 96 faizə çatırdısa, indi bu göstərici 10 faizdən aşağı düşüb. Onun sözlərinə görə, ölkəsi Fransa və Hindistanla hərbi-texniki sahədə sıx əməkdaşlıq edir: “Hazırda bu sahədə iki əsas tərəfdaşımız var. Onlardan biri Hindistan, digəri isə Fransadır. Biz yeni tərəfdaşlar axtarırıq”.

Bundan əvvəl Ermənistanın baş diplomatı Ararat Mirzoyan təklif irəli sürmüşdü ki, ordular şərti sərhəddə “güzgü prinsipi” ilə geri çəkilsinlər. Rəsmi Bakı haqlı olaraq razılaşmadı. Prezident İlham Əliyev bildirmişdi ki, Azərbaycan bala Göyçə gölünü vizual olaraq müşahidə edə bilir və yaxınlığındadır. Paşinyan isə sərhəd toqquşmalarından sonra baş verənləri “işğal” adlandırmaqla yanaşı, həm də KTMT-ni buna görə ittiham edir. Hətta son çıxışında bu blokda qalmağı Ermənistanın suverenliyi üçün təhdid adlandırıb. Baş nazirin həm “işğal”a toxunması, həm sözügedən əraziləri döyüşlə geri qaytarmaq niyyəti olmadığını vurğulaması, həm də bu kontekstdə KTMT-ni günahlandırması təsadüfi deyil.

Hərbi ekspert Ramil Məmmədli hesab edir ki, Ermənistan 2021 və 2022-ci illərin sentyabr döyüşlərinə istinad edir. Həmin sərhəd toqquşmalarında Azərbaycanın strateji yüksəklikləri nəzarətə götürdüyünü qeyd edən analitikin sözlərinə görə, Paşinyan “işğal” deyəndə sözügedən hadisələri nəzərdə tutur. Ekspert şərti sərhəd olduğunu, delimitasiya işləri aparılmadığını yada salır və onun fikrincə, İrəvan bu proseslər üzərindən manipulyasiya edir. Eyni zamanda bu yüksəkliklərə nəzarətin təmin olunmasını Qarabağda artıq məhv edilmiş separatçıların nəfəsliklərinin bağlanması baxımdan o dövr üçün əhəmiyyətli addımlar sayır.

R.Məmmədli indi sərhədlərin dəqiqləşməsini vacib bilir. Onun fikrincə, bundan sonra Ermənistan üçün sərhədin haradan başlandığı məlum olacaq: “Paşinyan 200 kvadrat kilometr ərazinin guya işğal edildiyini iddia edir, amma sərhəd müəyyənləşməyib, sadəcə, bunu iddia etməsi beynəlxalq ictimaiyyətin diqqətini cəlb etməkdir. Fransa da bu mövqedən çıxış edir ki, Azərbaycan guya təcavüz edib, Ermənistan ərazisinə daxil olub. Təbii ki, İrəvan və Parisin bu yalanları Azərbaycan haqqında aqressor imici yaratmağa hesablanıb. Qarşıdan COP29 gəldiyi üçün Paşinyan bu məsələni yenidən dilə gətirib. Bu problemlərin tək həlli yolu delimitasiya prosesini inkişaf etdirməkdir. Amma bu istiqamətdə iş dondurulub. Tavuş bölgəsində sərhəd dirəklərinin basdırılmasından sonra bu iş digər ərazilərdə aparılmadı. Ermənistanla uzun bir sərhədimiz var və bu proses həyata keçirilməlidir ki, ərazi bütövlüyünün qarşılıqlı şəkildə tanınması zamanı sülh sənədində öz əksini tapsın. Əks halda, ermənilərin ərazi iddiaları davam edəcək”.

Hərbi ekspert Azərbaycanın heç bir ərazini işğal etmədiyini bildirərək, Ermənistanın anklav kəndləri geri qaytarmadığını xatırladır: “Bu işğal faktı Paşinyanın yadına salınmalıdır. Ermənistan şərti sərhəddə hansı ərazinin ona aid olduğunu iddia edə bilməz. Fikrimcə, bu bəyanatlar sülh danışıqlarına da zərər vurur. Ermənistanın bütün hərəkətləri və silahlandırılması onu deməyə əsas verir ki, onlar hərbi təxribatlara hazırlıq ərəfəsindədirlər. Şübhəsiz ki, burada KTMT-ni günahkar çıxarmaq imitasiyası da var. Guya KTMT Ermənistanı qorumadığı üçün ərazi itkisi ilə üzləşiblər. Paşinyan saxtakarlıqla məşğuldur və onun açıqlamaları Qərbin dəstəyini artırmağa hesablanıb”.

Qeyd edək ki, rəsmi Bakı bundan əvvəl dövlət sərhədinin delimitasiyası keçirilməmiş Ermənistanın 31 kəndinə məxsus olan torpaqların işğalı barədə danışmağı tamamilə əsassız hesab edib. Bu il avqustun 30-da Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası üzrə komissiyaların birgə fəaliyyəti haqqında Əsasnamə imzalanıb. Əslində, iki ölkə arasında sərhədlərin delimitasiya və demarkasiya prosesi sürətlə başlamışdı. Onda belə ehtimal edilirdi ki, tezliklə tərəflər arasında sərhəd məsələsi həll olunacaq və sülh sazişi imzalanacaq. Ancaq Ermənistanın sürətlə silahlanma istiqamətində fəaliyyətini artırması, o cümlədən ABŞ-ın ona bu sahədə yardım etməsi, Azərbaycanla şərti sərhəddə törədilən təxribat, Avropa İttifaqı Mülki müşahidə missiyasının bu hadisəni susqunluqla izləməsi, rəsmi İrəvanın həmin hadisələrə əsaslı cavab verə bilməməsi kimi hallar normallaşma prosesi istiqamətində işlərin irəliləməsinə mane olan amillərdəndir. Bütün hallarda əsasnamə və reqlament sərhədlərin müəyyənləşməsi istiqamətində işçi qrupun fəaliyyətini sürətləndirir. Bu, Azərbaycanla Ermənistan arasında imzalanan azsaylı növbəti sənəddir.

“Yeni Müsavat”

Bölmənin digər xəbərləri

22 May 2025 “Azad edilən ərazilərdə geniş iş imkanları var” - Sahib Məmmədov
21 May 2025 Bu il işğaldan azad olunan rayonlarda nə qədər yeni iş yeri açılıb? – Siyahı
20 May 2025 Növbəti köç karvanı Kəngərliyə yola düşdü
19 May 2025 "Zəngəzur dəhlizi 3-4 il ərzində..." - Türkiyəli nazir
18 May 2025 Ağdamdan Tiranaya tarixi səfər və peşman olanlara uzanan əllər
17 May 2025 Paşinyan revanşistlərə meydan oxudu - “artsax” tamaşasında son pərdə?
16 May 2025 Xankəndidə ilk dəfə 21 abituriyent üçün qəbul imtahanı keçiriləcək
16 May 2025 Araiklə dəstəsi ermənilərin özlərinin çəkdiyi videolarla ifşa olunur -Bakıda tarixi məhkəmə davam edir
15 May 2025 Azad edilən ərazilərdə 43 min 144 nəfər məskunlaşıb
15 May 2025 Daha 5 itkin-şəhid dəfn ediləcək – FOTO
13 May 2025 TƏCİLİ! Ermənilər mövqelərini GÜCLƏNDİRİR: Şin toplayaraq sərhədə göndərirlər - NƏ BAŞ VERİR?
13 May 2025 “Çölə çıxıb içəridə hər kəsin öldüyünü desəm də, inanmadılar”
12 May 2025 Bura Laçındır, amma…- ZAUR ƏLİYEV YAZIR…
11 May 2025 Mehriban Əliyevadan maraqlı paylaşım - VİDEO
10 May 2025 Prezident Ağdamda açılışda iştirak etdi
09 May 2025 Prezident və xanımı Daşaltı kənd məscidinin açılışında...
09 May 2025 Prezident və xanımı Şuşa Müalicə-Sağlamlıq Mərkəzinin açılışında...
08 May 2025 Azərbaycana qarşı 9 may şantajı - Kremlə yaltaqlığın yeni forması
06 May 2025 Erməni hərbçilərindən sərhəddə TƏXRİBAT – əxlaqsız hərəkətlər və təhqiramiz ifadələr (ŞOK VİDEO)
05 May 2025 “Bakıya qədər irəliləyib, Azərbaycan rəhbərliyini girov götürüb, onlara deyəcəkdik ki...”

Dünyapress TV

Xəbər lenti