İrəvanın meymunluğuna qarşı GƏRƏKƏN REAKSİYA...
Son vaxtlar ermənilərin Xankəndinə qaytarılması barədə ardıcıl çağırışlar eşidilir və sülh sənədinə keçmiş münaqişənin salınması təklif olunur.

Avqustun 31-də vəzifəsini tərk edən Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar da bir müddət əvvəl Qarabağ ermənilərinin qaytarılmasını regionda münasibətlərin normallaşması prosesinin tərkib hissəsi kimi qiymətləndirsə də, Ermənistandan qovulan azərbaycanlılarla bağlı fərqli mövqe bildirib: “Bəzən bu kontekstdə başqa məsələlər də gündəmə gətirilir, məsələn, "Qərbi Azərbaycan" deyilən məsələ. Mənim üçün bunlar tamamilə fərqli suallardır, onları qarışdırmaq olmaz. Birincisi, Qarabağ ermənilərinin öz ata-baba yurdlarına qayıtmasına şərait yaradılmalıdır ki, bu da Azərbaycanın öhdəliyidir. İkincisi isə əvvəllər Azərbaycanın başqa yerlərində, o cümlədən Bakıda yaşayan ermənilər və ya Ermənistanda yaşayan azərbaycanlılar məsələsidir".

Göründüyü kimi, köçkünlük problemi və qayıdış hüququndan danışarkən bu hüququ müstəsna olaraq ermənilərə şamil edilir. Ermənistandan qovulmuş azərbaycanlıların bu hüququnun olduğunu isə inkar etməyə çalışılır. “Sentyabrın 2-də Ermənistanda revanşist qüvvələrin, qondarma rejimin tör-töküntülərinin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü təhdid edən təxribatçı açıqlamalarını, o cümlədən Qərbdəki havadarlarına arxalanaraq yenə "beynəlxalq təminat altında Qarabağa qayıdış"dan dəm vuranların biz qərbi azərbaycanlıların qayıdış hüququnu danmasını kəskin şəkildə pisləyirik". Qərbi Azərbaycan İcmasının (QAİ) yaydığı bəyanatda belə deyilir.

Bəyanatda qeyd olunub ki, icma son vaxtlar bir neçə dəfə Ermənistan hökumətindən öz ərazisində Azərbaycanın suverenliyinə qarşı çıxan qüvvələrin fəaliyyətinə son qoyulması ilə bağlı çağırış edib: “Görünən odur ki, Ermənistan hökuməti nəinki bu addımı atmır, əksinə, üzdə sülhdən danışaraq kənarda anti-Azərbaycan addımlara rəvac verir. Qərbi Azərbaycan İcmasının Ermənistanın suverenliyini və ərazi bütövlüyünü təhdid etmədiyi halda, özünü "mühacirətdə olan hökumət" kimi qələmə verən qondarma rejimin tör-töküntülərinin, Ermənistanın sabiq xarici işlər nazirinin rəhbərlik etdiyi “repatriasiya komissiyası”nın Ermənistanda belə rahat fəaliyyət göstərməsi qəbuledilməzdir". QAİ sonda bəyan edib ki, Ermənistan bu təhlükəli siyasətdən əl çəkməsə, Azərbaycanda mühacirətdə olan Qərbi Azərbaycan hökumətinin təsis edilməsi istiqamətində işlərə başlayacaq: “Bu xüsusda, ilk olaraq yeni seçilmiş parlamentdə "Qərbi Azərbaycana qayıdış" komissiyasının yaradılması məqsədilə Milli Məclisə müraciət ünvanlayacağıq".

Əslən qərbi azərbaycanlı olan Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Arzuxan Əlizadə “Yeni Müsavat”a qeyd etdi ki, QAİ-nin bəyanatını təqdir edir. Onun sözlərinə görə, son 100 ildə Qərbi Azərbaycandan 1 milyon bacı-qardaşımız sürgünə məruz qalıb, vətənlərindən qovulub, olmazın işgəncələrə və məşəqqətlərlə üzləşiblər: “Uzun müddətdir ki, hədəflərimizdən biri onların dədə-baba torpaqlarına qayıtması və hüquqlarının beynəlxalq səviyyədə tanınmasıdır. Son zamanlar erməni separatçılar yenə aktivləşiblər, Qarabağa qayıdışdan danışır və "artsax" kimi sərsəm fikirlərlə gündəmə gəlirlər. Azərbaycan da buna cavab verməkdədir. Amma onların fəaliyyətindən asılı olmayaraq, qərbi azərbaycanlıların qayıdışı üçün beynəlxalq səviyyədə iş aparılmalıdır".

A.Əlizadə vurğuladı ki, Azərbaycan dəyən zərərə görə Ermənistana təzminat davası açmalıdır: “Azərbaycan dövləti elan edib ki, 1918-ci ildə qurulmuş Cümhuriyyətin varisidir. Qərbi Zəngəzur Cümhuriyyət dönəmində Azərbaycanın tərkib hissəsi olub və tarixi torpaqlarımızdır. O zaman həmin dövrə və tarixi fakta, Cümhuriyyətin varisi olduğumuza istinad edərək qərbi azərbaycanlıların yurd-yuvasına qayıdışı təmin olunmalıdır”.

Aİ-nin xüsusi nümayəndəsinin dediklərinə gəlincə, AMİP sədri əlavə etdi ki, Toivo Klaara qalsa, ermənilər 1988-ci ildə SSRİ Ali Sovetinin iclasına bu məsələni daşımışdılar və Qorbaçov erməni separatçılarının qızışdırılmasına dəstək verirdi: “Amma həm də Qorbaçov tarixi statistikanı açıqlamışdı ki, bugünkü Ermənistanın paytaxtı İrəvanda əhalinin 95 faizi azərbaycanlılar olub. Əgər avropalı siyasətçi Bakıda, Sumqayıtda ermənilərin yaşadığını deyirsə, o zaman İrəvanda yaşamış azərbaycanlıların statistikasına diqqət yetirsin. Ümumiyyətlə, Ermənistan qondarma dövlətdir və Azərbaycanın tarixi torpaqlarının üzərində ermənilərin himayədarlarının dəstəyi ilə onlar üçün respublika yaradılıb. Bu baxımdan verilən son bəyanatı yerində hesab edirəm”.

Əslən Qərbi Azərbaycandan olan professor Qabil Hüseynli isə mühacir hökumətin yaradılmasını mümkün sayır: “Azərbaycan Prezidenti bəyan edib ki, Qarabağda yaşamış ermənilər qayıda bilərlər, amma vətəndaşlığı qəbul etməlidirlər. Dövlət başçısı onu da bəyan edib ki, bu proses qarşılıqlı olmalıdır və qərbi azərbaycanlılar da öz evlərinə qayıtmalıdırlar. Cənab İlham Əliyev bildirib ki, biz Qərbi Zəngəzura qayıdacağıq, amma topla, tankla yox, minik avtomobilləri ilə. Bu baxımdan istər İrəvandan eşidilən çağırışlar, istərsə Qərb təşkilatlarından bəyanatlar səslənərkən Bakı bunu cavabsız qoymur. Çünki hər şey beynəlxalq hüquqa uyğun olmalıdır. Necə ola bilər ki, ermənilər Qarabağda yaşamağa davam etsinlər, özü də qeyd-şərtsiz, yəni Azərbaycan vətəndaşlığı olmadan, amma qərbi azərbaycanlılar öz ev-eşiklərinə qayıda bilməsinlər? Bu məsələdə Avropa təsisatları qərəzlidir”.

Q.Hüseynlinin sözlərinə görə, separatçılara İrəvanda əl-qol açmağa imkan verilməsi, “artsax” adlı gorbagor olmuş mifin yenidən dirçəldilməsi cəhdləri heç bir nəticə verməyəcək: “Bu çürük ideyanın yenidən xortlaması Ermənistan dövləti üçün təhdiddir. Paşinyan yaxşı başa düşür ki, separatçıların toplaşıb hansısa qərarlar qəbul etməsi sülh prosesinə də zərər vurur, ərazi bütövlüyününü tanınması məsələsinin həllinə də... Ona görə ilk növbədə rəsmi İrəvan özü bu addımlara son qoymalıdır. Üstəlik, Simonyan və digərləri etiraf ediblər ki, separatçıların İrəvanda fəaliyyəti dövlətə təhdid sayılır. O zaman niyə bu avantüristlərə şərait yaradılır? Seçim özlərinindir, itirən tərəf də Ermənistan olacaq. Madam ki, belə çağırışlar var və hansısa iddialar səsləndirilir, o zaman mühacirətdə olan Qərbi Azərbaycan hökumətini elan edərək bu siyasi-diplomatik mübarizəni gücləndirmək olar”.

“Yeni Müsavat”

Bölmənin digər xəbərləri

17 Sentyabr 2024 Hadrut və Tuğda bu işlərə 13 milyon manat ayrıldı
17 Sentyabr 2024  Ağdamda 12,3 milyon manatlıq tikinti-quraşdırma işləri aparılacaq
16 Sentyabr 2024 Vardanyanın Azərbaycandakı qanunsuz biznesi - Video
16 Sentyabr 2024 Şuşada 33 il sonra ilk zəng çalınıb
15 Sentyabr 2024  Zəngəzur dəhlizi həm də buna görə vacibdir... - Ermənistan KİV
14 Sentyabr 2024 Qarabağda torpaq bölgüsü necə aparılacaq?
13 Sentyabr 2024 Şəhidlərlə bağlı məlumatları silən şəxs: "O məqalələr yaradılmamalı idi"
11 Sentyabr 2024 Şuşanın məşhur “Turşsu” bulağının ətrafı zibilliyə dönüb - "Bu bizim yaralı yerimizdir..."
10 Sentyabr 2024 ANTİ-TERROR ƏMƏLİYYATINDAN YENİ GÖRÜNTÜLƏR... - Müdafiə Nazirliyi yaydı + VİDEOLAR
09 Sentyabr 2024  Ermənilər bu tarixdə separatçıları Bakıdan “qaçırmaq" istəyirlər - Görün nə planlaşdırıblar
08 Sentyabr 2024 Pezeşkian “qırmızı xətt”i pozacaq? - Sübhaniyə “Zəngəzurdan danış” əmri verildi
07 Sentyabr 2024 Şuşa sakini: "Altı yaşımda çıxarıldığım doğma yurduma 40 yaşımda qayıdıram"
07 Sentyabr 2024 Müdafiə Nazirliyi antiterror əməliyyatından görüntülər yaydı (VİDEO)
05 Sentyabr 2024 Doğma elinə qayıdan Tamaşa Məmmədova: "Şuşadan çıxanda mənim 6, bacımın isə 7 yaşı var idi"
04 Sentyabr 2024 Prezident İlham Əliyev Kəlbəcərdə olarkən SCADA sistemi vasitəsilə digər bir bölgədə, yeni tikilən “Toğanalı” Kiçik Su Elektrik Stansiyasının da açılışını edib.
03 Sentyabr 2024 II Qaragün yenə sarsaqladı
02 Sentyabr 2024 Rusiyada "Xankəndi" kibriti buraxıldı - FOTO
01 Sentyabr 2024 Laçında səsvermə - FOTOLAR
31 Avqust 2024 Beş il əvvəlki avqust...
31 Avqust 2024 Qarabağ Xronikası: Ermənistan Azərbaycanı sınağa çəkir?

Dünyapress TV

Xəbər lenti