b_400_300_16777215_00_https___cdn.musavat.com_news_thumbnails_6edf70e28a4b36ee4dc50a1704745cc7.jpg
  

Avqust ayında üç rayonun işğal tarixləri vardı. Cəmi 5 il əvvəl, 2019-cu ilin avqust ayının 30-da kimə desəydin ki, “görərsiz, 2024-cü ildə Xankəndində bir erməni də qalmayacaq, özümüz orada oturub samovar çayı içəcəyik” , adama havalı kimi baxıb, “Füzuli və Cəbrayılın işğal günləri keçdi, sabah da (avqustun 31-də) Qubadlının işğal günüdür” deyərdilər.

Daha bir qaramat isə “sentyabrın 2-də ermənilər yenə Stepanakerdə yığışıb bayram edəcəklər, Ermənistanda da gələcəklər, bayaq radioda eşitdim” deyib, adamın “ xəyal qanadını” qırardı. Məhz bu təsvirdəki kimi olmayıbsa, belə arzular çox eşitmişik, amma inanmışıqmı? Bu bir inamsızlıq da deyildi, sanki bizim kəndirimizi kəsib bir quyuyun dibinə salmışdılar. Quyunun dibi bəlkə də heç o bənzətmə də deyildi, çünki orada su da var. Bizi ermənilər və onun dəstəkçiləri millət olaraq deyəsən, “dəfn etmişdilər”, heç inanmırdılar ki, biz yenidən o “dəmir tabutun” içərisindən çıxa, dünyanı başlarına dar edə bilərik. Xüsusilə Sərkisyanın hakimiyyəti illərində bu qudurğanlar hər fürsətində üzümüzə vururmuşlar ki, “nə qədər çalışsanız da torpaqları geri almağa gücünüz çatmayacaq”, “daha Qarabağ torpaqlarını görməyəcəksiniz...” Həqiqətən də görməyənlər çox oldu, həm də lap çox... 

Screenshot_7.png (828 KB)

Bəs, niyə özlərinə buna inandırmışdılar? Səbəbləri çox deyildi, sülh danışıqları uzanırdı, arxalandıqları dairələr, dövlətlər var idi, amma nəsə bu bir başqa hal idi, keyimişdilər bu boyda torpaqları ələ keçirməyin həzzindən. 2016-cı ilin aprelində bir az qorxuya düşdülər, amma tezliklə “dayı” ları, “ayı”ları araya girdilər, yenə eyforiyaya qapıldılar.

1988-2018-ci ili “ermənilərin yeni qızıl dövrü” adlandırırlar, tarixi nöqteyi-nəzərdən haqlıdırlar da. Bu “qızıl dövrdə” Xocalı qırğını da var, günahsız insanların qanı da, işğal olunmuş şəhər-kəndlərimiz də, “müstəqil Artsax” da. Niyə də “qızıl dövr olmasın?” Xatırlayaq:1991-ci il sentyabrın 2-də Dağlıq Qarabağ erməniləri bölgəni “müstəqil dövlət” elan edir. 1992-ci il fevralın 26-na keçən gecə Xocalı, mayın 8-də Şuşa, mayın 17-də Laçın şəhərləri işğal olunur. 1993-cü il də bizim üçün qara gəlir . Aprelin 2-də Kəlbəcər, iyulun 23-də Ağdam düşmən tapdağına düşür. Nəhayət, avqust... Ayın 23-də Füzuli və Cəbrayıl, avqustun 31-də Qubadlı əldən gedir. İki ay keçmir, Zəngilan da işğal siyahısına düşür.
Bəlkə də bunları bir daha xatırlayıb, o acı günlərə qayıtmaya da bilərdik, amma o yaralar unudulmayıb ki, unudulmaz ki... Üstəlik, 4 minə yaxın şəhid verdik. O da dərddir, o da yaradır. Şəhid anaları-atalarının vəfat xəbərləri artıb, dərd öldürür onları. Oğul verib əvəzində vətən torpağı aldıq, onların dərdlərini isə ala bilmərik.

Ermənini bağışlamaq olmaz, heç vaxt, heç bir dəhliz, heç bir koridor, yol, onların düşmənçiliklərindən heç nəyi azaltmır. Bizə ölkə, millət olaraq vurduqları yaraların sağalması uzun illər mümkün deyil... 

Screenshot_6.png (439 KB)

2 sentyabr ərəfəsi isə “qızıl teştə” qan qusmalarının bədələni Paşinyan hakimiyyətinin üzərinə atırlar. Guya əvvəlcə Serj Sərkisyanın danışıqlardakı sərt mövqeyindən imtina edib, danışıqlara “sıfır nöqtəsindən” başlayıb, sonra “ Qarabağ Ermənistandır, nöqtə” deyib müharibəyə səbəb olub, nəticədə isə “Artsax”ı itiriblər. Yəni bunlar hələ də düşünürlər ki, Paşinyanın inqilabı olmasaydı, Sərkisyan postunda qalsaydı, hələ işğal davam edəcəkdi. Sərkisyan 44 günlük müharibədə Qarabağa tərəf gəlməyə risk etmədi. Hakimiyyətdə o da qalsaydı, Azərbaycan artıq “bıçağın sümüyə dirənən” yerində idi. Prezident Əliyev Azərbaycanı son ilyarımda savaşa hazırlayırdı, ifadələri ehtiyatlı, olsa da, Vətən müharibəsi artıq qaçılmaz idi. Azərbaycan üçün o qədər riskli qərar idi ki, hər şey daha da pis ola bilərdi. Hər şey daha da yaxşı oldu. Prezidentin ağıllı siyasəti, şəhid və qazilərimiz bizi o quyudan, o lal tabutdan çıxardı. Hiss etdik ki, yaşayırıq, həm də öz torpaqlarımızda... 

4ea20b99-1d14-3eb4-82ff-b6dd290e0641_850.jpeg (122 KB)

Paşinyan bu müharibəyə səbəb olmadı, sadəcə, bəlkə də bəxti gətirmədi ki, Azərbaycanın səbrinin kəsildiyi zaman o da cəsarətləndi, bunun cəzasını da hələ uzun illər çəkəcək. 

Zefer-01-01.jpg (69 KB)

Sentyabrın 1-də ilk dəfə olaraq işğaldan azad torpaqlarda da deputat seçkisi olacaq. Sonra sentyabrın 2-si olacaq. Xankəndində samovar çayı içəcəyik. Kimə 5 il əvvəl desəydin ki, 2024-cü ilin avqustunda...

 

Nazim SABİROĞLU
Musavat.com

Bölmənin digər xəbərləri

17 Sentyabr 2024 Hadrut və Tuğda bu işlərə 13 milyon manat ayrıldı
17 Sentyabr 2024  Ağdamda 12,3 milyon manatlıq tikinti-quraşdırma işləri aparılacaq
16 Sentyabr 2024 Vardanyanın Azərbaycandakı qanunsuz biznesi - Video
16 Sentyabr 2024 Şuşada 33 il sonra ilk zəng çalınıb
15 Sentyabr 2024  Zəngəzur dəhlizi həm də buna görə vacibdir... - Ermənistan KİV
14 Sentyabr 2024 Qarabağda torpaq bölgüsü necə aparılacaq?
13 Sentyabr 2024 Şəhidlərlə bağlı məlumatları silən şəxs: "O məqalələr yaradılmamalı idi"
11 Sentyabr 2024 Şuşanın məşhur “Turşsu” bulağının ətrafı zibilliyə dönüb - "Bu bizim yaralı yerimizdir..."
10 Sentyabr 2024 ANTİ-TERROR ƏMƏLİYYATINDAN YENİ GÖRÜNTÜLƏR... - Müdafiə Nazirliyi yaydı + VİDEOLAR
09 Sentyabr 2024  Ermənilər bu tarixdə separatçıları Bakıdan “qaçırmaq" istəyirlər - Görün nə planlaşdırıblar
08 Sentyabr 2024 Pezeşkian “qırmızı xətt”i pozacaq? - Sübhaniyə “Zəngəzurdan danış” əmri verildi
07 Sentyabr 2024 Şuşa sakini: "Altı yaşımda çıxarıldığım doğma yurduma 40 yaşımda qayıdıram"
07 Sentyabr 2024 Müdafiə Nazirliyi antiterror əməliyyatından görüntülər yaydı (VİDEO)
06 Sentyabr 2024 İrəvanın meymunluğuna qarşı GƏRƏKƏN REAKSİYA... - Biz bunu çoxdan etməli idik...
05 Sentyabr 2024 Doğma elinə qayıdan Tamaşa Məmmədova: "Şuşadan çıxanda mənim 6, bacımın isə 7 yaşı var idi"
04 Sentyabr 2024 Prezident İlham Əliyev Kəlbəcərdə olarkən SCADA sistemi vasitəsilə digər bir bölgədə, yeni tikilən “Toğanalı” Kiçik Su Elektrik Stansiyasının da açılışını edib.
03 Sentyabr 2024 II Qaragün yenə sarsaqladı
02 Sentyabr 2024 Rusiyada "Xankəndi" kibriti buraxıldı - FOTO
01 Sentyabr 2024 Laçında səsvermə - FOTOLAR
31 Avqust 2024 Qarabağ Xronikası: Ermənistan Azərbaycanı sınağa çəkir?

Dünyapress TV

Xəbər lenti