b_400_300_16777215_00_https___cdn.musavat.com_news_thumbnails_5a5c4786e3d2de24dcfbe3e69c117be3.jpg
 

Paşinyan hökumətinin tənqidçiləri qərbi azərbaycanlıların doğma torpaqlarına dönməsi üçün razılaşma olduğundan şübhələnirlər

Qarabağdan könüllü olaraq köçmüş ermənilər mövzusunu Qərbin bəzi dairələri, xüsusilə ABŞ və Fransa kimi ölkələrin rəsmi şəxsləri hələ də gündəmə gətirməkdə, Azərbaycanı əsassız ittiham etməkdə davam edirlər. Şuşadakı media forumda Azərbaycanın dövlət başçısı da bu barədə verilən suala ətraflı cavab verib. 

Prezident İlham Əliyev deyib ki, ermənilərin Azərbaycan ərazisində hansı şərtlər daxilində - vətəndaşlığı qəbul edəcəkləri təqdirdə qala biləcəkləri qeyd olunub və bunu necə etməyin qaydası, iş və yaşayış icazəsinin alınması şərtləri göstərilib: “Yəni başqa ölkənin vətəndaşının digər ölkədə daimi yaşaya bilməsinin hər hansı başqa forması, sadəcə olaraq, mövcud deyil. Bundan da imtina edildi.  O vaxt bizim nəzarətimizdə olmayan Qarabağda yaşayan erməni millətindən olan vətəndaşların təhlükəsiz həyatını təmin etmək baxımından biz mümkün qədər konstruktiv idik. Sentyabrın 20-də biz nəzarəti bərpa edərək separatizmə son qoyanda yenə erməni əhalisinin nümayəndələri ilə bir neçə görüş keçirildi, amma yenə də nəticə əldə olunmadı. Bu dediklərim bizim məsələyə olan yanaşmamız haqqındadır. Təbii ki, biz Ermənistan hökuməti tərəfindən də eyni yanaşmanı gözləyirik”. 

Dövlət başçısı deyib ki, Ermənistan hökumətindən  Qərbi Azərbaycandan qovulmuş azərbaycanlılar, yaxud oradan didərgin salınanların övladları və nəsilləri öz tarixi torpaqlarına necə qayıda və həmin yerlərə gedə bilərlər, yaxud həmin torpaqlarda necə yaşaya bilərlər sualına aydın cavab gözləyirlər: “Üstəlik, bizdə olan kifayət qədər mötəbər məlumatlara görə, azərbaycanlıların yaşadığı kəndlərin 90 faizində indi həyat yoxdur, yəni həmin yerlər boşdur, oralar Füzuli, Ağdam və digər yerlər, habelə bütün digər Azərbaycan kəndləri 30 il ərzində dağıdıldığı kimi yerlə-yeksan edilib. Orada bəzi kəndlərdə isə erməni əhalisi məskunlaşıb. Ona görə də mən çox inanıram ki, həmin gün mütləq gələcək”. 

Dövlət başçısı deyib ki, bugünkü erməni rejiminin sponsorlarının, xüsusən Parisdə və digər Qərb paytaxtlarındakılar Avropa İttifaqına xas olanı - milli azlıqların, onların dilinin, tarixinin, mədəniyyətinin necə qorunmalı olduğunu nümayiş etdirməklərini gözləyirlər: “Bunu sözdə deyil, əməldə nümayiş etdirsinlər”. 

Bu arada, Qərbi Azərbaycandan olan soydaşlarımızın öz vətənlərinə qayıdışı məsələsi yenidən Ermənistanda gündəmə gəlib. Ermənilərin yenidən bu məsələyə qayıtması Prezident İlham Əliyevin Şuşada səsləndirdiyi fikirlər olub. Nikol Paşinyan hökumətinin tənqidçiləri qayıdışa hazırlığın getməsindən şübhələnirlər. Həmin mənbələr məsələnin rəsmi Bakı və İrəvan arasında müzakirə olunduğunu iddia edirlər. 

Azər Hüseynov: “Savadlı və hikmətli ruhanilər yetişməlidir”

Azər Hüseynov

Siyasi şərhçi Azər Hüseynov mövzu ilə bağlı “Yeni Müsavat”a deyib ki, Qərbi Azərbaycan məsələsi ölkəmiz üçün xarici siyasət doktrinasının tərkib hissəsidir: “Ora Azərbaycan türklərinin qayıtması məsələlərinin dəyişən geosiyasi şərtlərə uyğun olaraq bütün mümkün variantları gündəmdədir. Birincisi, ona görə ki, Qərbi Azərbaycan bizim tarixi siyasi coğrafiyamızın ayrılmaz hissəsidir. Orada anadan olan, böyüyən, oranın suyundan içən, oranı abadlaşdıran minlərlə azərbaycanlı hələ sağdır. Həmçinin XX əsr ərzində Qərbi Azərbaycandan didərgin edilənlərin sayı milyonlarladır. Müasir Azərbaycanın demoqrafik resursunun xeyli hissəsini təşkil edir. Prezident İlham Əliyev bir məqamı xüsusilə vurğulayır. O da Qərbi Azərbaycanda bir çox kəndlərin indi də boş olmasıdır. Azərbaycanlılar qurucu xalqdır. Bunun tam əksini biz ermənilərdə görürük. Nəinki işğal etdikləri Qarabağda 30 il ərzində heç nə abad etmədilər, hətta Ermənistan  adlandırılan ərazilərdə belə azərbaycanlıları qovduqları yerləri viran qoydular. Bunun əsas səbəbi odur ki,  ermənilərin bir çoxunda o kəndlərə, torpaqlara daxili sahiblik hissi yoxdur. Bir topluluq ki, sahiblənmə şüuruna, ruhuna malik deyil, oralarda dayana bilməz. Bunu hər kəsdən daha gözəl Prezident İlham Əliyev bilir. Çünki xalqı və dövləti ilə birgə onlarla savaşdı və qalib gəldi. Geosiyasi prosesinin də tam ortasındadır, dünya liderlərilə birlikdə masalarda, danışıqlarda iştirak edərək Azərbaycan dövlətinin xarakterini göstərir. Ona görə də düşünürəm ki, bu məsələ ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevin yol xəritəsi hazırdır. Sadəcə olaraq, bu yol xəritəsinin ana təməllərini hələ açıqlamağı doğru hesab etmir. Ancaq Qərbdən gələn təhdidlərə isə konkret faktlarla cavab verir ki, biz yerli ermənilərə vətəndaşlığımızı təklif etdik. Ermənilər isə tarixi xarakterlərinə sadiq qalaraq "əmilərinə" güvəndilər yenə. Əmiləri isə onları tarixən ortada qoyub gedib. Bir iki şəkil çəkdirib poz verən daşnak, hınçakdan başqa ermənilər ancaq bu şovinist və onları dəstəkləyən imperialistlərin dalınca getdikləri üçün acılar yaşayıblar". 

Ekspert hesab edir ki, Azərbaycan Qərbi Azərbaycana çox güman bir neçə mərhələdə qayıdacaq: “Birincisi, Ermənistanı iqtisadi qısqaca alaraq və ondan təzminat tələb edərək. Ermənistandan Qərbi Azərbaycandakı varlığımızın qəbulunu alaraq. İlk öncə mədəni qayıdış olacaq. Daha sonra Ermənistan azərbaycanlıların demoqrafik qayıdışına razı olmalı olacaq. Buna qədər isə Azərbaycan müxtəlif metodlarla faşizm və şovinizm xəstəliyindən Ermənistanı "müalicə edəcək". Qarabağa qayıdış məsələləri ilə bağlı isə onu demək olar ki, ermənilərin bir qismi ancaq  yalnız bizim vətəndaş olaraq qayıtmağı qəbul edərək dönə bilər. Azərbaycan bunu onsuz da təklif edib. Ermənistan əgər müharibə istəsə, bu onun dövlət olaraq yox olmasıdır. Nə üçün? Çünki növbəti qələbədən sonra Azərbaycanın bir şərti olacaq: “Ermənistanın ordusu ola bilməz!”

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

 
 
 

Bölmənin digər xəbərləri

22 May 2025 “Azad edilən ərazilərdə geniş iş imkanları var” - Sahib Məmmədov
21 May 2025 Bu il işğaldan azad olunan rayonlarda nə qədər yeni iş yeri açılıb? – Siyahı
20 May 2025 Növbəti köç karvanı Kəngərliyə yola düşdü
19 May 2025 "Zəngəzur dəhlizi 3-4 il ərzində..." - Türkiyəli nazir
18 May 2025 Ağdamdan Tiranaya tarixi səfər və peşman olanlara uzanan əllər
17 May 2025 Paşinyan revanşistlərə meydan oxudu - “artsax” tamaşasında son pərdə?
16 May 2025 Xankəndidə ilk dəfə 21 abituriyent üçün qəbul imtahanı keçiriləcək
16 May 2025 Araiklə dəstəsi ermənilərin özlərinin çəkdiyi videolarla ifşa olunur -Bakıda tarixi məhkəmə davam edir
15 May 2025 Azad edilən ərazilərdə 43 min 144 nəfər məskunlaşıb
15 May 2025 Daha 5 itkin-şəhid dəfn ediləcək – FOTO
13 May 2025 TƏCİLİ! Ermənilər mövqelərini GÜCLƏNDİRİR: Şin toplayaraq sərhədə göndərirlər - NƏ BAŞ VERİR?
13 May 2025 “Çölə çıxıb içəridə hər kəsin öldüyünü desəm də, inanmadılar”
12 May 2025 Bura Laçındır, amma…- ZAUR ƏLİYEV YAZIR…
11 May 2025 Mehriban Əliyevadan maraqlı paylaşım - VİDEO
10 May 2025 Prezident Ağdamda açılışda iştirak etdi
09 May 2025 Prezident və xanımı Daşaltı kənd məscidinin açılışında...
09 May 2025 Prezident və xanımı Şuşa Müalicə-Sağlamlıq Mərkəzinin açılışında...
08 May 2025 Azərbaycana qarşı 9 may şantajı - Kremlə yaltaqlığın yeni forması
06 May 2025 Erməni hərbçilərindən sərhəddə TƏXRİBAT – əxlaqsız hərəkətlər və təhqiramiz ifadələr (ŞOK VİDEO)
05 May 2025 “Bakıya qədər irəliləyib, Azərbaycan rəhbərliyini girov götürüb, onlara deyəcəkdik ki...”

Dünyapress TV

Xəbər lenti