"Çevriliş etmək. Yeni müharibəni qızışdırmaq. Güc balansının pozulması şəraitində "sülhməramlı"ları dəvət etmək..."
Moderator.az xəbər verir ki, "Armtimes" nəşrinin yaydığı məlumata görə, bunu üzdəniraq, revanşist arxiyepiskop Baqrat Qalstanyanın rəhbərlik etdiyi hərəkatın Tavuş mərzindən İrəvana yürüş təşəbbüsünü şərh edən Ermənistan baş nazirinin aparat rəhbərinin müavini Taron Çaxoyan öz "Facebook" səhifəsində yazıb.
“Addımların ardıcıllığı çox sadə və aydındır:
- Çevriliş etmək;
- Yeni müharibəni qızışdırmaq;
- Güc balansının pozulması şəraitində "sülhməramlı"ları dəvət etmək;
- "Sülhməramlı"lar yerləşdirildikdən sonra Qarabağ ssenarisi həyata keçiriləcək: məcburi köçkünlük, dövlətçiliyin itirilməsi.
Yeri gəlmişkən, dövlət sərhədinin müəyyən edilməsinə qarşı olan qiyamçılar bütün bunların müqabilində periferik əyalətə çevrilmiş Ermənistanı idarə etmək imkanı əldə edəcəklər, lakin Qarabağ ssenarisində bu, bir neçə gün davam edə bilər”, - deyə Çaxoyan bildirir.
S.Laçın