İran kəşfiyyat qüvvələri tərəfindən saxlanılan feminist fəal Səfiyə Qarabaği müvəqqəti azadığa buraxıb
Üç həftədən artıqdır İranda davam edən kütləvi aksiyalar fonunda Zəncan şəhərində kəşfiyyat qüvvələri tərəfindən saxlanılan feminist fəal Səfiyə Qarabaği 8 gün həbsdən sonra müvəqqəti olaraq sərbəst buraxılıb. Qarabaği oktyabr ayının 1-də iş yerində nəzarət altına alınmışdı.

Onu həyat yoldaşı Ruzbeh Səadətinin öz Twitter hesabında paylaşdığı açıqlamaya əsasən, Qarabaği şənbə günü günortadan sonra saat 4-də mülki zəmanət qarşılığında azad edilib.

Səfiyə Qarabağı nəzarət müddətində Zəncan həbsxanasında saxlanılısa da, gündüzləri sorğu-sual üçün İranın Kəşfiyyat Nazirliyinin Zəncandakı şöbəsinə aparılıb. Onun, “rejimə qarşı təbliğat fəaliyyəti” göstərməkdə ittiham olunduğu bildirilir.
İllərdir İran Azərbaycanında gender bərabərliyi, türk dili haqları, erkən nikah problemi, ətraf mühit məsələsi və siyasi məhbusları müdafiə üzrə fəaliyyət göstərən Səfiyə Qarabaği və həyat yoldaşı bundan əvvəl də fəaliyyətləri üzündən basqılara məruz qalmış və mühakimə olunublar.

Gənc qadın Məhsa Əmininin sentyabrın 16-da Tehranda əxlaq polisinin nəzarətində ikən ölümündən sonra İran Azərbaycanı daxil olmaqla, ölkənin müxtəlif vilayətlərində baş qaldıran kütləvi aksiyalarda onlarla etirazçı öldürülüb.

Hüquq müdafiəçiləri aksiyalar ilə əlaqədar İran Azərbaycanında yüzlərlə vətəndaşın saxlanıldığını deyirlər. Amerikanın Səsinə danışan hüquq müdafiəçisi Jalə Təbrizli Təbriz kimi şəhərlərdə aksiyalar zamanı yaralanan bir çox etirazçının nəzarət altına alınaraq hərbi xəstəxanalara yerləşdirildiyini bildirib.
amerikaninsesi
 

Dünyapress TV

Xəbər lenti