Meral Akşenerdən şok etiraf: “Gündə...” - FOTO
İYİ Partiya sədri Meral Akşener yeni açıqlamaları ilə diqqət mərkəzinə düşüb.

Hurriyyet.Az xəbər verir ki, o, əvvələr siqaret aludçəsisi olduğunu etiraf edib.

Partiya sədri bir vaxtlar gündə 2 qutu yarım siqaret çəkdiyini deyib. Akşenerin sözlərinə görə həyatındakı önəmli dəyişikliklər məhz siqaret çəkməyi tərgitdikdən sonra başlayıb. O, bunun ardından dietaya başladığını və 13 kilo çəki ataraq 81-dən 68 kiloya düşdüyünü söyləyib.

Qeyd edək ki, Meral Akşenerin son zamanlarda xeyli arıqlaması diqqət çəkir. O, da məhz bu məsələyə toxunaraq bəzi etiraflar edib.

Akşenerin etirafları sosial şəbəkələrdə geniş şəkildə müzakirələrə səbəb olub. Hətta istifadəçilər onun 2020-2022-ci ildə çəkilən şəkillərini yan-yana qoyaraq necə arıqladığına diqqət çəkiblər.
 

Dünyapress TV

Xəbər lenti