...Azərbaycanın kimyaçı alimi və ilk milli kinoaktrisası, Elmlər Akademiyasının Akademiki İzzət Orucova
...Azərbaycanın kimyaçı alimi və ilk milli kinoaktrisası, Elmlər Akademiyasının Akademiki İzzət Orucova 1909-cu ilin bu günündə sentyabrın 16-da Bakının Əmircan kəndində bağban ailəsində anadan olub.
O, hələ 20 yaşında ikən əvvəlcə "Sevil" , sonra isə "Almaz" filmlərində çəkilmiş, Azərbaycan qadınlarının lirik və dramatik obrazlarını təbii və inandırıcı boyalarla yaratmağa müvəffəq olmuşdur. Bununla da ölkəmizə ilk səsli kinonu böyük dramaturq Cəfər Cabbarlı özünün "Sevil"i ilə gətirdi və baş qəhrəman roluna çox gənc bir qızı - İzzət Orucovanı çəkdi. Beləliklə, İzzət Orucova ilk Azərbaycan səsli kinosunda rol aldı
İ.Orucovanın xatirələrindən: "Məni ilk azərbaycanlı kinoaktrisa adlandırırlar. Mən bəzən düşünürəm: bu doğrudurmu? Ümumiyyətlə, mən aktrisa olmuşammı? Axı, mən oynamamışam, yox - mən kamera qarşısında iki qadın taleyini yaşamışam. Onlar mənim müasirlərim idi, demək olar ki, həmyaşıdlar idik. Bu qadınların hər ikisi mən idim. Lakin başqa həyat situasiyasına salınmışdım. Mənim çəkildiyim hər iki film - «Sevil» və «Almaz» ümumi bir mövzuya həsr olunmuşdu: Azərbaycan qadınının taleyinə, qadın azadlığına..
1663308837_2.jpg
...Onun əsas tədqiqatları sürtkü yağlarının istehsalının artırılmasına və keyfiyyətinin yüksəldilməsinə aiddir. Orucova neft yağlarının yeni çeşidlərinin alınma texnologiyasının işlənib hazırlanmasında, selektiv təmizləmə və parafinsizləşdirmə proseslərinin təkmilləşdirilməsində, alkil-fenol və sulfonat tipli yeni aşqar növlərinin istehsalında yaxından iştirak edib. O, fəaliyyəti dövründə alim olmaqla kifayətlənməyib, yüksək ixtisaslı kadrlar hazırlanmasında adını Akademiyanın tarixinə qızıl hərflərlə yazdıra bilib.
Sonuncu iş yeri AMEA-nın Aşqarlar Kimyası İnstitutunda laboratoriya müdiri olub. Hətta indi də, bəzi zavodlarda İzzət Orucovanın kəşf etdiyi üsullar tətbiq olunur və belə üsullara görə xeyli alimlər vaxtilə yüksək mükafatlar alıblar.
...Deyilənə görə İzzət xanım Cəfər Cabbarlının hər gün kino çəkilişindən sonra faytonla evinə gətirib təhvil verdiyi, hazırda “Nizami” metro stansiyasının qarşısındakı “Azad qadın” heykəlinin prototipi olan bir xanım olub. Çoxlarının buna inanmamağının da əsas səbəbi İzzət Orucovanın elm sahəsində məhsuldar gördüyü işlər olub.
1935 - ci ildə İ.Orucova qonşuluğunda yaşayan Mövsüm İsmayılzadə ilə ailə qursa da bu xoşbəxtlik uzun sürmür. 1937 - ci ildə M.İsmayılzadəni xalq düşməni kimi həbs edirlər. Əvvəlcədən həbs olunacağını hiss edən ər dərhal arvadından ayrılır. Bununla da İzzət xanımı və körpə oğlu Yılmazı sürgündən xilas edir.
Və onun ağğrılı taleyi başlayır və qadın olmağına baxmayaraq bütün çətinliklərə sinə gərir.
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2022-09_1663308837_3.jpg
Baba Allahnəzərov
Teref.az
 

Dünyapress TV

Xəbər lenti