«Rusiya bu gün» mediaqrupunun və «RT» telekanalının baş redaktoru Marqarita Simonyan Ukraynanın «Azov» batalyonundan ünvanına gələn təhdidləri «şərh» edib.
«Təhdidin stilinə görə mühakimə etsək, görərik ki, orada ya manyaklar, ya da «qonaq edilmiş yeniyetmələr» iclas keçirirlər. Yeri gəlmişkən, bunun biri digərini istisna etmir. Mən, onlara necə reaksiya verməliyəm? Mən, öz həyatımı yaşayıram və nəyi ədalətli, lazımlı və olmalı bilirəmsə, onu da edirəm» - Marqo deyib.
Bundan əvvəl o, özünün Teleqram-kanalında «Azov»un təhdidlərini və rəmzlərini dərc edib. Bundan sonra Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin idarənin mərkəzi aparatına dərc olunmuş materiallar üzrə yoxlama aparılması barədə tapşırıq verib.