Rusiyalı müğənni və bəstəkar Zemfira “Borderline 2022” turunu elan edib.
Tur çərçivəsində konsertlər oktyabr və noyabr aylarında dünyanın 11 şəhərində keçiriləcək.
Müğənni Limassol, Tel-Əviv, İstanbul, Vyana, Praqa, Offenbax, Hamburq, Berlin, Paris, Haaqa və Londonda çıxış edəcək. Rusiya şəhərləri konsert proqramına daxil edilməyib.
Qeyd edək ki, Zemfiranın bundan əvvəlki xarici səfər turu “Little Man” 2016-cı ildə keçirilib. Tur zamanı Zemfira Rusiyanın 20 şəhərində olub. Həmçinin, konsertlər Belarus, Estoniya, Litva və Latviya, İsrail, Almaniya, Böyük Britaniya, BƏƏ, ABŞ və Kanadada da keçirilib.