Taliban Əfqanıstanda qadın haqlarını bir ildə necə “ram etdi”?
Talibanın 15 avqust 2021-ci ildə paytaxt Kabili də ələ keçirməsindən sonra bir çox qadın yeni hökumətin həyatlarına təsirini qorxu ilə gözləyirdi. Qorxduqları da başlarına gəldi.

Bu müddətdə bir sıra sərəncam və rəsmi qərarlarla müxtəlif qatı məhdudiyyətlər gətirildi, lakin bu qanunların güc yolu ilə qəbul etdirilməsi və tətbiq edilmə şəkilləri regiondan-regiona fərqlilik göstərdi.
1660843014_1.webp
1TV-nin əfqan qadın xəbər aparıcısı, Lima Spesaly bülletendən əvvəl üzünü niqabla örtməyə hazırlaşır
21 may, 2022 – Qadın televiziya aparıcıları artıq üzlərini örtmək məcburiyyətindədirlər
Talibanın idarəetməni ələ keçirməsindən 9 ay sonra qadın aparıcılara üzlərini örtmələri ilə bağlı təlimat verildi. Indi Əfqanıstanda Talibanın iqtidarı ələ keçirməsindən 1 il keçir. Əfqanıstanda qadınlar son 1 ildə ötən 20 ildə əldə etdikləri bütün hüquqları, demək olar ki, itiriblər.

“Tolo TV” aparıcısı Yalda Ali bu elandan bir gün sonra sosial mediada bir video paylaşdı, bütün kişi iş yoldaşlarının Talibanın bu qərarını boykot etmək üçün yayıma maska ilə çıxdıqlarını söylədi.

Adının gizli qalmasını istəyən və Kabildə çalışan bir jurnalist deyir: “Televiziyada xəbərləri təqdim etməyimizə mane olmaq üçün üzərimizdə dolayı yolla təzyiq qururlar”.

“Ağzım örtülü olanda necə xəbər oxuya bilərəm? Hazırda nə edəcəyimi bilmirəm, işləməyə məcburam, ailəmə mən baxıram”.

BBC üçün danışan “Tolo” xəbər aparıcısı Farida Sial isə deyir: “Bəli, biz müsəlmanıq, təsəttür geyirik, saçımızı örtürük. Lakin bir aparıcı üçün üzünü 2-3 saat örtərək danışmaq çox çətindir”.

Əfqanıstan qadın Kabil Taliban Taliblər hakimiyyətə gəldi siyasət qadın haqları qadın azadlıqları azad qazdın Əfqanıstan qaadınları əfqan qadınları
1660843073_1.webp
7 may, 2022 – Taliban qadınların ictimai məkanlarda üzlərini örtmələrini məcburi etdi
Əfqan qadınları yeni Taliban rejiminin qanunları ilə yanaşı, 10 illər sonra ilk dəfə üzlərini tamamilə örtən niqab taxmaq məcburiyyətində qaldılar.

Buna riayət etməyən bir qadın küçədə ona yoldaşlıq edən kişinin üç gün həbs cəzası almasına səbəb ola bilər.

Eyni zamanda, qərar qadınların evlərindən “yalnız zəruri olduqda” çıxmalarını və bu təlimatları görməzdən gələrlərsə, qadının kişi yaxınlarının da nəticələrə dözməli olduqlarını söyləyir.

Qadağa açıqlandıqdan bir neçə gün sonra BBC üçün danışan kiçik sahibkar Soraya deyir: “Küçədəki insanların üzümü örtməli olduğumu deməsi ürəyimi ağrıdır”.

Soraya deyir ki, Taliban rəsmiləri qadın paltarı satan mağazalara girib nələr satıldığını təftiş edir və xüsusi tikilmiş geyimlərin uzunluğunu yoxlayırlar.

“Ziyarət etdiyim dərzi belə onunla danışmağa başlamazdan əvvəl üzümü örtməli olduğumu söylədi”.

Universitet tələbəsi Fereshtah qrup yoldaşlarının qadağalara tabe olduqlarını, çünki qorxduqlarını söyləyir: “Tam niqab taxacaqlarını, əks təqdirdə, atalarının olacaqlarla bağlı onlara xəbərdarlıq etdiklərini dedilər”.

Razia Dalili qadınlar üçün kiçik avtobus sürürdü, hansı ki, qadınlara Kabil ətrafında təhlükəsiz dolaşmağa imkan verib. (31 oktyabr 2019)
1660843149_1.webp
3 may 2022 – Qadın sürücülərə məhdudiyyətlər
Herat şəhərindəki Taliban rəsmiləri sürücü kurslarına qadınlar üçün açılan dərslərin və qadınlara sürücülük vəsiqəsi verilməsinin dayandırılmasını əmr etdi.

Fransız xəbər agentliyi AFP üçün danışan Herat Nəqliyyat İdarəsi rəhbəri bu əmrin sürücü qadınlara şifahi şəkildə çatdırıldığını bildirib.

Taliban rəsmiləri belə qərarların olduğunu rədd edib, lakin bir çox lokal məhdudiyyət son bir il içərisində yavaş-yavaş həyata keçirilib.

Əfqanıstan qaadınları əfqan qadınları
23 mart 2022 – Qız uşaqları orta təhsildən kənarda qaldılar
Təhsil Nazirliyi yeni tədris ilinin başlamasından bir gün əvvəl ani bir U dönüşü edərək, qız uşaqlarının orta təhsilə qoşulmasını qadağan etdi.

Taliban hökuməti nazirliyin daha əvvəl verdiyi bir elanı qızların sinifə qayıtmalarına icazə vermək üçün “təfsilatlı” və “islami” bir plana ehtiyac olduğunu söyləyərək ləğv etdi.

Bu qərardan sonra Kabildə etiraz aksiyaları başladı və qərar ölkə xaricində də diqqət çəkdi.

Tahar vilayətində yaşayan 11-ci sinifdə oxuyan 17 yaşlı Mahvash deyir: “Xəyalım universitetə getmək və həkim olmaq idi”.

“BBC 100 Qadın” proqramına danışan orta məktəb şagirdi Rohila yaşadığı regiondakı məktəblərin yenidən açıldığını eşitmək ümidi ilə hər gün xəbərləri izlədiyini söyləyir. Aylardır evdə, yerində sayarkən qardaşlarının məktəbə gedişinə şahidlik edir.

Rohila deyir: “Sadəcə qadın olduğumuza görə təməl hüququmuz olan təhsildən məhrum buraxıldığımız üçün dərin kədər hiss edirəm. Təhsilimi davam etdirmək xəyallarım artıq boşdur”.

3 fevral 2022 – Qadın tələbələr bəzi universitet dərslərində cinsi ayrı-seçkiliyə məruz qalaraq iştirak etdilər
Bir neçə dövlət universiteti həm qadın, həm də kişi tələbələr üçün yenidən açıldı, lakin qız və oğlanlar fərqli siniflərə ayrıldılar. Heratda qadınlar və kişilərə fərqli saatlarda dərslərə qoşulmaqla bağlı təlimat verildi.

Təhsil rəsmiləri siniflərin cinsi ayrı-seçkiliyə uyğun dizayn edilməsini, dərs proqramlarının İslami prinsiplərə uyğun olmasını istədiklərini və qadın tələbələrin qapalı olmasının məcburi olduğunu bildirdilər.

Sinifə qayıtdığı ilk gün “BBC 100 Qadın” proqramına danışan Rana dedi: “Çox narahat idim, məktəbə çatdıqda Taliban binanı nəzarət altında saxlayırdı, amma bizi narahat etmədilər”.

Daha kiçik universitetlərdə isə tələbələr sinifləri müəyyən məsafəni qoruyaraq paylaşırlar.

Rana əlavə edir: “Bir çox şey normaldır, əvvəl necə idisə, elədir. Qadın və kişilər eyni sinifdə dərs alır, çünki bizimki kiçik bir universitetdir. Sinifdə kişilər öndə, qadınlar arxada otururlar”.

Bəziləri isə daha inamsızdırlar… BBC üçün danışan tibb tələbəsi Mazar-e-Sharif deyir: “Universitetə qayıtmaq artıq əsas gözləntimiz deyil”.

“Aclıqdan ölürük… Geyim, kitab almalıyam… Amma heç pulumuz yoxdur”.

Yanvar 2022 – Taliban rəsmi olaraq təsəttür təbliğatına başlayıb
Fazilət Yayma və Əxlaqsızlığa Qarşı Mübarizə Nazirliyi Kabilin müxtəlif regionlarına qadınların üzlərini örtməyə və qara niqaba təşviq edən posterlər asdı.

Dari, puştu və ərəb dillərində hazırlanan posterlər bunu deyirdilər: “Şəriətə görə, müsəlman qadın təsəttürlü olmalıdır”.

Posterlər iki cür təsəttürün qəbul edildiyini göstərirdi, qara və ya mavi təsəttür geyinmək və üzü bağlamaq.

26 dekabr 2021 – Qadınların tənha səyahət etməsi qadağan olundu
Taliban hökuməti uzun məsafəyə səyahət etmək istəyən əfqan qadınlara bir kişi nəzarətçinin yoldaşlıq etməsini əmr etdi.

Fazilət Yayma və Əxlaqsızlığa Qarşı Mübarizə Nazirliyi 72 kilometrdən artıq məsafəyə səyahət edən qadınlara bir kişi ailə üzvünün nəzarət etməsini əmr etdi. Nazirlik maşın sahiblərinin də üz, baş təsəttürü olmayan qadınlarla səyahət etmələrini qadağan edən qərar qəbul etdi.

Kabildə yaşayan bir tibb bacısı BBC üçün verdiyi müsahibədə deyir: “Həqiqətən, özümü çox pis hiss etdim. Sərbəst şəkildə çölə çıxa bilmirəm. Uşağım xəstələnəndə yoldaşım uyğun olmasa, nə etməliyəm? Taliban bizim xoşbəxtliyimizi oğurladı… Həm azadlığımı, həm də xoşbəxtliyimi itirdim”.

17 sentyabr 2021 – Kabildə qadın jurnalistlərin işləməsi qadağan edildi
Beynəlxalq Jurnalistlər Federasiyası qadın jurnalistlərin böyük ölçüdə fəaliyyətlərinin qadağan edildiyini və Talibanın gəlişindən bəri aralarında qəzet, radio, televiziya kanalları və internet saytlarının olduğu 153 media orqanının bağlandığını söyləyir.

Əfqanıstanın ən nüfuzlu jurnalistlərindən olan Anisa Shaheed də ölkədən qaçmağa qərar verən çoxsaylı həmkarlarından biridir.

2021-ci ildə Əfqanıstanın Söz Azadlığı Mərkəzində ilin jurnalisti seçilən Shaheed eyni zamanda “BBC 100 Qadın” siyahısına daxil olub.

Shaheed deyir: “Ölkəmə, evimə və işimə geri qayıtmağı arzulayıram”.

Əfqanıstan qadın Kabil Taliban Taliblər hakimiyyətə gəldi siyasət qadın haqları qadın azadlıqları azad qazdın Əfqanıstan qaadınları əfqan qadınları

19 sentyabr 2021 – Kabildə qadın məmurlara evdə qalmaq təlimatı verildi
Taliban hökuməti Kabildə işləyən qadın dövlət məmurlarına evdə qalmaqla bağlı göstəriş verdi.

Bircə yerlərinə kişi işçilərin təyin oluna bilmədiyi qadınların müvəqqəti olaraq işə qayıda biləcəkləri bildirildi.

Yerləri kişilərlə dəyişdirilə bilməyən qadınların arasında bəzi dizayn və mühəndislik departamenti işçiləri, ümumi qadın tualetlərində işləyən qadınlar var idi.

17 sentyabr 2021 – Qadın Nazirliyi bağlandı
Taliban idarəetməni ələ keçirdikdən sadəcə bir ay sonra Qadın Nazirliyini bağladı və yerinə Fazilət Yayma və Əxlaqsızlığa Qarşı Mübarizə Nazirliyini yaratdı.

Qadın Nazirliyinin yerinə qurulan bu nazirliyin əvvəlki Taliban idarəsində küçələrdə “iffətsiz” geyinən, ya da yanında kişi nəzarətçi olmadan küçədə gəzən qadınları döyən “əxlaq polislərini” vəzifələndirməklə bilinən pis bir şöhrəti var.

BBC-ə danışan Qadın Nazirliyinin keçmiş xanım işçisi binadan qovulduqlarını söyləyir.

“Artıq burada qadınlar üçün heç nə yoxdur. Hamımızın ailəmizə qarşı məsuliyyətimiz var… Hamımız təhsilli qadınlarıq və həbs edilmək istəmirik”.

8 sentyabr 2021 – Taliban, qadın idmanının “lazımsız” olduğunu bildirdi
Taliban Mədəniyyət Komissiyasının rəhbəri Ahmadullah Wasiqin qadın idmanı haqqında “nə lazımdır, nə də uyğun” ifadəsindən sonra əfqan qadınların idman tədbirlərinə qoşulması qadağan olundu.

Wasiq Avstraliyalı jurnalistə verdiyi müsahibədə deyir: “Kriketdə vücudlarını və üzlərini örtə bilməyəcəkləri vəziyyətlərlə qarşılaşa bilərlər. İslam qadınların bu vəziyyətdə görünməsinə icazə vermir”.

Kabil təslim olanda Əfqanıstanın professional qadınlardan ibarət kriket yığması ciddi yüksəlişdə idi. İndi isə bir çox idmançı ölkə xaricindədir… Onlar bu idmanı davam etdirməyə and içiblər.

Sahar yerli bir futbol komandasında 3 il oynayıb. Lakin Taliban gəldikdən sonra ailəsi ilə birlikdə bir müddət qaçaraq gizləndikdən sonra başqa ölkəyə qaçıb.

“BBC 100 Qadın” proqramına danışan Sahar deyir: “Mənim futbol ailəm, dost və müəllim çevrəm çox böyük idi”.

“Oynamağı dayandırmağa məcbur oldum, çox kədərli idim. Paltarıma, idman ayaqqabılarıma və toplarıma baxanda ağlayırdım”.

“Gələcəyimlə bağlı çox ümidim və xəyalım var… O qədər uğurlu olmaq istəyirəm ki, heç kimin qızların futbol oynaya bilmədiyini deyə bilməsin”.

7 sentyabr 2021 – Taliban tamamilə kişilərdən ibarət kabinet yaratdı
Taliban tamamilə kişilərdən ibarət hökumət kabineti yaratdı. Əvvəlki hökumət bir dövr 4 nazir və 2 qadın icra başçısını vəzifələndirmişdi.

5 sentyabr 2021 – Taliban qadın haqqları ilə bağlı etiraz aksiyasını dağıtdı
Taliban nümayəndələri Kabildə qadınların işləmə hüquqlarını müdafiə üçün ayağa qalxan yüzlərlə qadının aksiyasını dağıtdı.

Taliban döyüşçüləri həm paytaxtda, həm də Herat şəhərindəki etirazları nəzarət altına almaq üçün göz yaşardıcı sprey və bibər qazı istifadə etdi.

Aktivist Razia Barakzai də Kabildə təşkil olunan bəzi aksiyalara qatılan qadınlardan biri idi.

Barakzai deyir: “Bir şeylər eləməli olduğumu hiss etdim və hərəkətə keçmək üçün başqalarını gözləmədim. Bütün risklərə rəğmən, etirazlara qatılmaq qərarı verdim”.

“Aksiyaların ilk günündə saray qapısının yaxınlığında hücuma məruz qaldıq, lakin medianın gözü üzərimizdə olduğu üçün etirazları davam etdirə bildik”.

Razia deyir: “Ümid edirəm, bir gün Əfqanıstanı ədalət axtaran azad ruhlu qadınların xəyalındakı kimi görərik”.

Müsahibə verənlərin adları şəxsiyyətlərini gizli saxlamaq üçün dəyişdirilib.
 

Dünyapress TV

Xəbər lenti