Özbəkistan və İsveçrə İslam Kərimovun qızı Gülnarənin 131 milyon dollarının Avropa ölkəsinin banklarına qaytarılması haqqında saziş imzalayıb.
“Unikal” TASS-a istinadən xəbər verir ki, bu barədə Özbəkistan Ədliyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
“Gülnarə Kərimovanın aktivlərinə dair sazişi Özbəkistanın ədliyyə naziri Ruslanbek Davletov və İsveçrə prezidenti İqnazio Kassis imzalayıblar”, – deyə məlumatda bildirilir.
Kərimovanın özü də hazırda vətənində həbsdədir. 2015-ci ildə o, Özbəkistan məhkəməsi tərəfindən rüşvətxorluq və vergidən yayınmada təqsirli bilinib və buna görə 5 il həbs cəzası alıb. 2020-ci ildə keçmiş prezidentin qızı hədə-qorxu ilə pul tələb etmə və mənimsəmə işində təqsirli bilinərək, daha 13 il 4 ay həbs cəzası alıb.
2020-ci ildə İsveçrə Özbəkistanla Kərimovanın çirkli pulların yuyulması işində müsadirə edilmiş pulların qaytarılmasına dair razılaşmanın şərtlərini razılaşdırıb . Özbəkistan Prokurorluğu həm də birinci prezidentin varisi tərəfindən çıxarılan milli tarixi və bədii dəyərlərin geri qaytarılmasını istəyir.