“Rezonans” Gənclərin İctimai Birliyinin sədri Toğrul Abbasbəyli ilə təşkilatın yaradılması, fəaliyyəti və hazırda həyata keçirilən “Məhkum gənclərin sosial adaptasiyası və peşə hazırlığı” layihəsi barədə geniş söhbət apardıq.
QHT.az: Salam, Toğrul bəy. İlk olaraq “Rezonans” Gənclərin İctimai Birliyinin yaranma tarixindən və təşkilatın əsas məqsədlərindən danışa bilərsinizmi?Toğrul Abbasbəyli: Salam! “Rezonans” Gənclərin İctimai Birliyi 26 dekabr 2007-ci ildə təsis edilib. Təşkilat təsis olunanda mənim cəmi 4 yaşım vardı, indi isə onun sədriyəm. 18 illik fəaliyyət müddətində “Rezonans” ölkənin ictimai-siyasi həyatında, xüsusilə dövlətin gənclərlə bağlı siyasətinin icrasında fəal iştirak edib. Təşkilat həm də üzvlərinin nizam-intizam qaydalarına və qanunvericilik tələblərinə əməl etməsini önə çəkir. Azərbaycan Respublikasının “Gənclər siyasəti haqqında” qanunun 9-1-1 maddəsinə görə, gənclər təşkilatları 16-35 yaş aralığında olan şəxslərdən ibarət olur. 9-1-2 maddəsində isə üzvlərin 35 yaşı tamam olduğu andan üzvlüyün sona çatması göstərilir. Bu qaydalar təşkilatın dinamikliyini, yenilənməsini təmin edir və biz buna çox önəm veririk. Bu həm də gənclərə yeni təcrübə və karyera imkanları yaradır. Belə ki, təşkilatımızın məndən əvvəlki sədrlərindən yalnız bir nəfər yaş həddi ilə bağlı məhdudiyyətə uyğun olaraq, istefa verib, digər üzvlər isə digər strukturlara, o cümlədən dövlət orqanlarına işə cəlb olunublar.
QHT.az: Təşkilatınızın fəaliyyət istiqamətləri və həyata keçirdiyi layihələr barədə məlumat verə bilərsinizmi?
Toğrul Abbasbəyli: “Rezonans” GİB, fəaliyyət dövrü ərzində 30-dan artıq müxtəlif mövzuda lаyihələr həyаtа кеçirib. Əsas fəaliyyət istiqamətləri gənclər аrаsındа sаğlаm həyаt tərzinin təbliği, pеşə sеçiminə yаrdım, siyаsi və hüquqi biliкlərinin аrtırılmаsı, hüquqların müdafiəsi, xüsusilə də risk qrupuna aid olan, o cümlədən azadlıqdan məhrum edilmiş, azadlığı məhdudlaşdrılmış və yenicə azadlığa çıxmış gənclərlə bağlı işlər olmuşdur. Bu fəaliyyətlər çərçivəsində həyata keçirlən layihələr minlərlə gənci əhatə etmiş, uğurlu nəticələr əldə edimişdir. Təşkilat bir neçə kitab və broşür çap etdirmiş, video-çarx hazırlamışdır. Təşkilatın vebsaytı (https://rezonans-ypu.com ) 10 ildən çoxdur ki, gənclərin xidmətindədir. u və zaman keçdikcə bu istiqamətdə görülən daha böyük işlərin şahidi olduqca dövlətin yürütdüyü siyasəti daha çox bəyənir. Bilirik ki, Azərbaycan hakimiyyəti son illər gənclərə verdiyi önəmi bir qədər də artırıb. Hazırda təşkilatımız Azərbaycan Respubliaksı Gənclər Fondunun dəstəyi ilə "Məhkum gənclərin sosial adaptasiya və peşə hazırlığı prosesində rəqəmsal platformalardan istifadə" layihəsini həayat keçirir. Məhkum gənclərlə iş, o cümlədən onların sosial adaptasiyası təşkilatımızın daim, fasiləsiz həyata keçirilməsi tələb olunan fəaliyyət sahələrindəndir. Bu sahədə müxtəlif üsulların o cümlədən rəqəmsal vasitələrin köməyi ilə məhkumların peşə hazırlığı (o cümlədən İKT bilikləri) və hazırlanmış məhsulların tanıtımı, təbliği və s. bu sahədə ciddi müsbət dəyişiklərə səbəb olacaq.
QHT.az: Bu layihənin mahiyyəti və praktik təsirləri barədə daha geniş danışa bilərsiniz?Toğrul Abbasbəyli: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmət ilə əməkdaşlıq şəraitində keçirlən bu layihə çərçivəsində birbaşa ünsiyyət saylı cəzaçəkmə müəssisələrində təlimlər və rəqəmsal resurslardan istifadə olunaraq məhkum gənclərin əmək vərdişlərinə yiyələnmək, özünün və müəyyən dərəcədə də ailə üzvlərinin maddi təminatını ödəmək, sosiollaşma və peşə hazırlığı kimi məsələlərin həllində, eyni zamanda məhkumların hazırladıqları məhsulların (bu məqsədlə xüsusi vebsaytın yaradılması nəzərdə tutulur) tanıdılması imkanları yaradılcaq. Bu üsul həm də məhsulların nəinki ölkə daxilində, həmçinin ölkədən kənarlarda da tanınmasına imkan yaradacaq. Qeyd etmək lazımdır ki, bu günə qədər bu cür xidmət təşkil olunmayıb. Əgər nəzərə alsaq ki, yeniyetmə dövrü olanların əksəriyyəti risk qrupu hesab edilə bilər, onda bu mənada fəaliyyət bütövlükdə cənclərə ünvalanıb. Layihə çərçivəsində cəlb ediləcək iştirakçıları şərti olaraq iki hissəyə bölmək olar: 1) tədbirlərdə bir başa iştirak edənlər, o cümlədən cəza çəkmə müəsissələrində tədbirlərin iştirakçıları (məhkum gənclər), 2) tədbirlərdə bilvasitə və ya qiyabi şəkildə qatılanlar, layihə çərçivəsində təşkil ediləcək saytdan yararlanalar (ən pessimist ehtimllara görə 1000-dən artıq).
QHT.az: Toğrul bəy, belə geniş və vacib fəaliyyətlər üçün təşkilatınızın gələcək planları nədir?Toğrul Abbasbəyli: Layihənin davamlılığını şərtləndirən və vacib edən səbəblər. 1. Əvvəla CÇM-də məhkumların (həmçinin azadlığı məhdudlaşıdırlmış və yenicə azadlığa çıxmış keçmiş məhkumlar) kontingenti daim dəyişdiyi üçün onlarla iş daimi və fasiləsiz davam edən proses olmalıdır. 2. Bu layihə çox az bir sayda məhkumu əhatə etməyə imkan verir. Daha çox məhkumu (o cümlədən azadlığı məhdudlaşdırılmış) prosesə cəlb etmək üçün həm vaxta, həm də vəsaitə ehtiyac var. Bu cür təlimlərin davam etdirlərək, xüsusi hazırlıq kecirilməsinə və peşə hazırlığı ilə bağlı məlumatlandırılmaları vacibdir. (hər ay iki CÇM-də təlim keçirilsə 100 məhkum cəlb ediləcək, layihə dövründə 1000-dən artıq məhkum) 3. Layihə çərçivəsində yaradılacaq vebsayt və sosial şəbəkələrdə təşkil olunacaq paylaşımlar, (hələ irəlidə xüsusi təbliğat xarakterli video-çarxlar da nəzərdə tutula bilər) CÇM-də istehsal olunan məhsulların fasiləsiz olaraq tanıtımını həyata keçirəcək. Bu fəaliyyət əlavə gəlir əldə edilməsinə, məhkumların, onların ailələrinin maddi vəziyyətinə müsbət təsir etməklə yanaşı CÇM-də istehsalın genişləndirlməsinə, yeni avadanlıqaların alınmasına, yeni iş yerlərinin açılmasına səbəb olacaq. Nəticədə bu fəaliyyət həm gənc məhkumların islah prosesinə, onların reabilitasityası, sonda isə azadlığa çıxdıqdan sonra işlə təmin olunmasına, sosial adaptasiyasına səbəb ola bilər. Bu təşəbbüsün uğurlu olması bu prosesin dayanıqlı olmasına zəmin yaradacaq.
QHT.az: Çox sağ olun, Toğrul bəy! Sizinlə söhbət çox faydalı oldu. “Rezonans”ın fəaliyyətinin uğurlu olmasını arzu edirik.Toğrul Abbasbəyli: Təşəkkür edirəm! Biz də öz növbəmizdə gənclərin inkişafı üçün çalışırıq və belə müsahibələr vasitəsilə fəaliyyətimizi daha geniş auditoriyaya çatdırmaqdan məmnunuq.
Pərvanə Fərhadqızı,
QHT.az