Avropa Parlamenti HƏRƏKƏTƏ KEÇİR
Avropa Parlamentinin italiyalı deputatı Françeska Donato Fransa prezidenti Emmanuel Makronu Ukraynaya Qərb qoşunlarının göndərilməsi ehtimalı ilə bağlı bəyanatıyla əlaqədar hazırda Avropanın ən təhlükəli adamı adlandırıb.

Deputat TASS-ın müxbirinə müsahibəsində bildirib ki, bu sözlər təsadüfi deyil:

"Bunun arxasında "ictimai rəyi müharibənin qaçılmazlığına hazırlamaq" kimi bütöv bir ssenarinin dayandığına dair qorxular var. Avropa Komissiyasının (AK) sədri Ursula fon der Lyayenin Avropa Parlamentindəki son çıxışı daha çox qorxu və şübhə doğurmalıdır. O deyib ki, müharibə riskinə hazır olmaq lazımdır. Onun dedikləri yönləndirilmiş olsa belə, Makron Aİ-də ən təhlükəli şəxs kimi görünür, çünki bundan dərhal sonra AK-nin sədri müharibə haqqında danışdı. Fon der Lyayenin Avropa Parlamentində söylədiyi dəhşətlidir. Əvvəllər bizim Avropa İttifaqında hələ də sülh illüziyasında yaşadığımızı təsəvvür etmək, hətta ona işarə etmək də mümkün deyildi. Bu bəyanat Avropa İttifaqı ideyasına tamamilə ziddiyyət təşkil edir. Hər zaman deyilib ki, Aİ-də olmağın ən yaxşı səbəbi sülh zəmanətinə sahib olmaqdır. Amma indi bütün bunlar bir illüziyaya çevrilib. Sülh artıq lazım deyil, çünki müharibə qeyri-mümkün deyil? Bu nə deməkdir? Amma müharibə birdən-birə başlamır, o, həmişə qəbul edilən qərarların nəticəsidir".

Deputat qeyd edib ki, Avropa Parlamentinin növbəti səlahiyyət müddəti ərzində bütün xərclərin təhlükəsizlik və müdafiə məqsədlərinə yönəldilməsi təklif olunur:

"Bunun yalnız bir mənası var - müharibəyə hazırlaşmağa sərmayə qoymaq".

Françeska Donato vurğulayıb ki, Aİ yekdillik prinsipini ləğv etmək istəyir. Bu halda sadə səs çoxluğu ilə qərar qəbul etmək olar. Belə olduğu təqdirdə bəzi ölkələrin, məsələn, Macarıstanın etiraz etməsi kimi maneə olmaz.//Musavat.com
 
 
 

Dünyapress TV

Xəbər lenti