Sovetlərin tektonik silah blefi - Professor İkram Kərimov əfsanəsi nəyə lazım idi?
Türkiyədə baş verən zəlzələ barəsində çoxlu miflər yazırlar. Guya bu zəlzələ tektonik silahla edilib, Amerika edib, Rusiya edib. Guya bu silahın yaradıcısı Azərbaycanlı İkram Kərimovdu. SSRİ dövründə məxfi laboratoriyada bunu icad edib. Sonra guya Amerikanın gizli kəşfiyyat orqanlarından qaçmaq üçün Afrikaya qaçıb. Mən də bu nağıllara inanıb bir neçə il öncə oxşar status yazmış idim. Amma xaricdə olduğum müəyyən yerlərdə araşdırmalardan sonra nə qədər yanıldığımı anladım.
SSRİ dövründə Amerika və Rusiya arasında çox sahədə rəqabət gedirdi, kosmosu fəth etmək, başqa planetlərə uçmaqdan tutmuş, mifik görünən hansısa dağıdıcı silahların ixtirasına qədər. Hətta Yuri Qaqarin və Nil Armstronqun kosmosa getmələri mifi o qədər güclü idi ki, o dövrdə iki super dövlətin vətəndaşları artıq Ayda torpaq alıb ev tikmək barədə düşünürdü.
Doğrudur İkram Kərimov böyük alim, nüfuzlu insandır. Zəlzələ üzrə mütəxəssisdir. Sovetlər dövründə də gizli laboratoriyada çalışıb. Amma silah icad etmək üçün yox. Sadəcə zəlzələlərdən öncə yüksək tezliklərdə baş verən anormal dəyişikliklərə diqqət yetirmək üçün . Əvvəllər bu cür zəlzələ xəbərdarlıqlarını yalnız xüsusi rəqəmsal aparatların köməyi ilə müəyyən etmək olurdu. Amma Kərimovun tədqiqat qrupu, yeni elmi metodla, adıçəkilən cihazlara ehtiyac olmadan, zəlzələ əlamətlərini hələ nüvəsində ikən müəyyən etməyi bacarır. Vəssalam. Nə silah icadı barədə məlumatlar var, nə də bu silahı işə salacaq enerji Sovetlərdə və indi Rusiyada yoxdur.
O zaman Sovet kəşfiyyatı Amerika və qərb dövlətlərinə guya gizlin informasiya sızdırır. "1968-ci ildə SSRİ Müdafiə Nazirliyi “Merkuri-18" məxfi proqramı çərçivəsində (kod: NİR № 2M 08614 PM) gizli əməliyyata başlayır. Hədəf tam məxfidir - zəlzələ törədən kütləvi qırğın silahını yaradıb Amerikanı məhv etmək istəyir sovetlər".
Bu dezinformasiya o qədər sürətlə yayılır ki, Amerika kəşfiyyatı dərhal işə keçir. Sovetlərin bütün mərkəzlərinə agentlər sızdırılır və Bişkekdə olan laboratoriyaya gəlib çıxırlar. Nəticə: Amerikalılar həqiqəti üzə çıxarırlar. Bu sovet kəşfiyyatının blefidir, belə silah barədə bir çertyoj belə yoxdur. Dərhal sovetlər izi azdırmaq üçün İkram Kərimovun elmi tədqiqat qrupunu bağlayır. Sovetlər biabır olduqlarını başa düşüb belə məlumatı yayırlar.
"Dünyanın müxtəlif bölgələrinə səpələnən rus kəşfiyyatındakı sızmadan sonra Kərimovun evinə basqın edən Amerika kəşfiyyatı bütün tədqiqatların surətini oğurlamağa nail olur. Bu hadisədən sonra Kərimov öz qrup üzvlərini ancaq Cənubi Afrika Respublikasında təhlükəsiz yaşayacağına dair təminat alır. Amerikalılar isə oğurladıqları araşdırmalar əsasında 1990-cı illərdə, Alyaskada HAARP seysmik stansiyasını qurub ordan təbii iqlimə müdaxilələrə başladılar".
Gülməlidir eləmi ?
Hazırda İkram Kərimov Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyəti nəzdində Seysmologiya Elmi Mərkəzinin direktoru, fizika-riyaziyyat elmləri doktoru, professordur. İkram müəllim əgər belə silahın müəllifidirsə hazırda dünyanın ən güclü dövlətləri onu çoxdan dəvət edib milyonlarla pul xərcləyib bu silaha sahib olardılar. Belə silah barədə mif doğru olsa idi İkram müəllim indi AMEA-dan ayda 900 manat maaş yox, Amerika Müdaifə Nazirliyində ilinə 9 milyon dollar maaş alardı.
Bəs tektonik silah nədir ?
Tektonik silah dünyanın geoloji quruluşuna müdaxilə edərək müəyyən bir bölgədə zəlzələ, vulkan və bu kimi təbii fəlakətlər yarada bilən modern silah növüdür. Bu silah ilk dəfə 1992-ci ildə Aleksey Nikolayev tərəfindən ideya olaraq səsləndirilib. Nə İkram Kərimov, nə də Amerikanın alimləri kəşf edib. Rus alimi belə ideya sürüb ki, dünyanın dərin qatlarında yığılmış enerjini seysmik dalğalarla yönləndirərək, güclü zəlzələlər yaratmaq mümkün ola bilər. Amma bunun üçün yer üzündə o dalğalara təsir edəcək enerji mövcud deyil. Hətta nüvə reaktoru belə bu enerjini verəcək gücdə deyil. Yerin daxilində olan yığılmış enerjilər sadə dillə desək yerin damarına neçə milyon vottluq enerji lazımdır ki, ötürüslün ki, yeraltı təkan baş versin. Hazırda dünyada belə enerji verəcək güc yoxdur. Elmin peyğəmbəri Nikola Tesla belə enerjini yaratmaq və dünyanı pulsuz və fasiləsiz elektrik ilə təmin etmək üçün layihə üzərində işləsə də Rotşild ailəsi, Rokfeller ailəsi və digərləri ona mane oldular. O gündən bəri dünyada fizika ilə məşğul olan ən dəyərli alimlərə müharibə elan edildi. 1940-cı ildən bu günə qədər yüzlərlə böyük elmi işlər aparan fiziklər məhv edilib. Bu barədə də yazacam.
Amerikalılar isə 2000-ci ilin əvvələrində tektonik silah olan HAARP yaratdıqlarını elan etsələr də onun gücü çox zəifdir. Şəxsən özüm bu barədə ciddi sənədlər oxumuşam. Belə silah var. Amma onu Rixter cədvəli üzrə maksimum 3 bal gücündə silkələnmə yarada bilər. Amma uzaq məsafələrdə yox.
Ona görə tektonik silahlar barədə miflərə inanmayın
Dosent Zaur Əliyev
Teref.az
 

Dünyapress TV

Xəbər lenti