Yeddi saatlıq əməliyyatın nəticələrini hərbi və siyasi olaraq qiymətləndirə bilərik. Hərbi nəticələr: Birincisi, Ermənistanın sərhəd boyunca təhdid yarada biləcək hərbi infastrukturu sıradan çıxdı: hərbi hissələr və hava hücumundan müdafiə sistemləri; İkincisi, erməni ordusuna ağır zərbə vuruldu: rəsmi məlumatda 49 itki deyilsə də, erməni mənbələrin məlumatı, eləcə də endirilən zərbələrin görüntüləri bunun qat-qat çox olduğunu deməyə əsas verir; məlumatlara görə, 200-ə yaxın canlı qüvvə itkisi olub, postlar darmadağın edilib, dəyəri yüzmilyonlarla olan iki ədəd S-300 raketi və artilleriya qurğuları sıradan çıxıb; Üçüncüsü, strateji yüksəkliklər nəzarətə götürülüb: rəsmi açıqlamada Ermənistanın nəqliyyat-kommunikasiya sisteminə nəzarət imkanı əldə etdiyimiz qeyd olunur. Qeyri-rəsi məlumatlara görə, - 100 kvadratkilometr ərazi ordumuzun nəzarətinə keçib; - İrəvan-Gorus yolu ordumuzun bir atış məsafəsi qədər nəzarintədir; Strateji yüksəkliklərə nəzarət Ermənistanın sərhəddə Azərbaycana qarşı təhdid potensialını da sıradan çıxarır. Siyasi nəticələr: Birincisi, hərbi gedişlə masadakı gündəliyi dəyişməyə çalışan Ermənistan istəyinə nail ola bilmədi və bu, İrəvanın tələblərlə razılaşmaqdan başqa yolunun olmadığını yenidən gündəmə gətirir; İkincisi, Bakı həm Moskva, həm Brüssel masasındakı razılaşmların icrası tələbini sərtləşdirəcək: son əməliyyatın nəticələri Bakının diplomatiyada da əlini gücləndirə bilər; Allah şəhidlərimizə rəhmət eləsin! Asif Nərimanlı DİA.AZ