Sumqayıt Apelyasiya Məhkəməsi hakim Mirzəyeva Leyla Eytibar qızının qərarını ləğv etdi...
Bir neçə il əvvəl cənab Prezident İlham Əliyev Ali Məhkəmənin möhtəşəm yeni binasının açılışında qeyd etdi ki, bu bina cəmiyyətimiz üçün ƏDALƏT SARAYI olmalıdır. Cənab Prezidentin bu müdrik fikri məhkəmə-hüquq sisteminə verilən ən böyük dəyər idi. Bəli, məhkəmə hakimləri heç bir tərəfə deyil, heç bir sifarişə deyil, məhz dövlətin qanunlarına və ƏDALƏTƏ əsaslanıb qərar verməlidirlər. Cənab Prezidentimiz də məhz bunu nəzərə alaraq hakimləri ədalətli qərarlar verməyə çağırmışdır. Çox təəssüf ki, bəzi məhkəmə hakimləri ƏDALƏT SARAYINDA oturmağa layiq olmadıqları üçün gec-tez bu sarayı tərk etməli olurlar. Və haqlı olaraq onların səlahiyyətinə xitam verilir. Sözün qısası, son 20-30 ildə rayon və şəhər məhkəmələrimiz müasir, hər cür texniki avadanlıqla təchiz olunmuş binalarda fəaliyyət göstərirlər. Hətta dəfələrlə hakimlərin maaşların artırılması da baş verib. Amma bəzi hakimlərin tamahı ucbatından vətəndaşlarımızın məhkəmə-hüquq sisteminə olan inamı bəzən zədələnir. Bu isə vətəndaşlarımızın dövlətə inamını sarsıdır. Ulu öndərimiz Heydər Əliyev əbəs yerə demirdi ki, dövlət iki halda sarsılır: günahkar cəzasız qalanda və günahsıza cəza veriləndə. Bəli, etiraf etməliyik ki, bəzi hakimlərimiz ədalətsizlik edərək bəzən günahı olmayan şəxsləri də cəzalandırır. İndi haqqında bəhs edəcəyimiz uzun məhkəmə prosesi Sumqayıt şəhər məhkəməsində baş verib.
Belə ki, məcburi köçkün, Qarabağ müharibəsi veteranına dövlət tərəfindən ayrılan müavinətin kəsilməsi üçün Sumqayıt İnzibati Məhkəməsinin hakimi Mirzəyeva Leyla Eytibar qızı heç bir hüquqi, qanuni, mənəvi, əxlaqi normalara və dəyərlərə əsaslanmadan qərar qəbul edib.
Birincisi, məcburi köçkün statusu beynəlxalq hüquq normalarına əsasən müəyyn edilir. Bunu hansısa hakimin, yaxud məmurun ləğv etməsi mümkün deyil.
İkincisi, məsələnin hüquqi tərəfini bir kənara qoysaq belə, Qarabağda döyüşmüş veteranı dövlətin verdiyi müavinətdən məhrum etmək ən azı insanlığa yaraşmayan haldır.
Sözün qısası, hakim Leyla Mirzəyeva ən elementar mənəvi dəyərlərə məhəl qoymayıb. Ümumiyyətlə, dünyada dövlət ərkanı, dövlət tərbiyəsi deyilən bir anlayış var. Görəsən Leyla Eytibar qızına atası Eytibar kişi belə tərbiyə verib..?
Bu yerdə məşhur “Adını soruşdum...” misrası yada düşür. Amma çox dərinə getmək istəmirik. Sözün qısası, Leyla Mirzəyevanın Qarabağ veteranı, Zəngilanlı məcburi köçkünlə bağlı verdiyi qanunsuz, ədalətsiz qərarı iki gün öncə Sumqayıt Apellyasiya Məhkəməsinin hakimləri Zaur İkram oğlu Məmmədov, Hökümə Çingiz qızı Babayeva və Zahid Tahir oğlu Məmmədov ləğv ediblər. Bəli, Leyla Mirzəyevanın qərarı qüvvəyə minmədi, ədalət Leyla Mirzəyevanın qərarını...üstələdi. Bu bir ədalət nümunəsidir.
Zaur Məmmədov, Hökümə Babayeva, Zahid Məmmədov kimi ədalətli hakimlərin qərarları vətəndaşların dövlətimizin gələcəyinə olan ümidlərini daha da artırır. Və biz əminik ki, digər vətəndaşlar da Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası üzvlərinin çıxardığı ədalətli qərarların tez-tez şahidi olacaqlar. Və bu nümunə kimlərin “Ədalət sarayı”nda oturmağa layiq olduğunun bariz nümunəsi olacaq.
Unutmaq lazım deyil ki, dahi Mirzə Fətəli Axundov deyirdi ki, moizə oxumaqla nəsə düzəlsəydi, Sədi və Hafiz Şirazilərin 100 min beytəri İranı çoxdan xoşbəxt etmişdi, ən gözəl vasitə nümunə olmaqdır. İnanırıq ki, hər üç hakim məhkəmə-hüquq sistemi üçün gözəl nümunə olacaq.
P.S. Görəsən, Leyla Mirzəyevanın özü ankoloji xəstə, həyat yoldaşı, Ramiz Mehdiyevin şəri nəticəsində həbsxanada, böyük oğlu ön cəbhədə əsgəri xidmətdə, ikinci uşağı ali təhsil aldığı halda, üçüncü uşağı orta məktəbdə, 9-cu sinifdə oxuyardısa, həmin ailənin son ümidi olan həmin çörəkpulu deyilən vahid aylıq müavinət kəsilərdisə onda Leyla Mirzəyeva nə edərdi. Əgər bu işlərə Leyla Mirzəyeva göz yumubsa İNŞALLAH onun da başına bu işlər gələr. Həyatda mərdlik və yazılmamış qanunlar səhifəsi həmişə açıq olur.
Sabahnews.az
 
 
 

Dünyapress TV

Xəbər lenti