“Bu gündə beynəlxalq ödəmələrdə əsas üstünlük dollaradır. Dollar hər bir dövlətin valyutasına təsir etmə gücünə malikdir desək yanılmarıq. Sabiq prezident Taft 1912-ci illərdə “ dollar diplomatiyası” adlı siyasət yeritmişdi. Dollar o vaxtdan Amerikanın dünyanı əlinə alma planlarının mühüm bir hissəsi olmuşdur. Dollar 1971-ə qədər qızıl ilə çevriləbilmə qabiliyyətinə malik tək beynəlxalq valyuta idi. Bilirik ki, ABŞ-da dolları özəl bank olan FED hazırlayır. FED-in yiyəsi ABŞ deyil, FED özəl bankdır. Bankın ən böyük hissələri Rokfeller, Rotşildlər, Varburq, Şiff və Stillman ailələri arasında bölünür”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında politoloq Elman Vəliyev deyib. Politoloqun sözlərinə görə, Amerika ölkədə inflasiyanın çox olmaması üçün FED-ə dollar çapının çoxaldılmasını deyir.
“Ayda 308 milyard dollar çapı olsa da, bu qədər dolların çapına rəğmən dəyəri düşmür. Pulun dəyəri ehtiyacdan artıq çap olunarsa, düşər. Amma dollar düşmür, çünki ABŞ dolların yarada biləcəyi inflyasiyanı digər ölkələrin belinə yıxma bacarığına malikdir. Amerikada 10 % infliyasiya ölkə üçün təhlükə deməkdir. Ölkədə getdikcə inflaysiya artımı müşahidə edilməkdədir. Hər hansı bir dövlətin mərkəzi bankı öz valyutasını faizini artırarsa, bu onun üçün müsbətdir. FED dolların fazini artırarsa, dollara indeksli digər valyutalar çətin vəziyyətlə üzləşər. Rusiya mərkəzi bankı sanksiyalar qarşılığında faiz dərəcəsini 20-yə qədər artırdı və müsbət effekt verdi. Faiz dərəcəsi artarsa, istehlak azalar və inflyasiya da aşağı düşər. Həmçinin investorlar da çoxala bilər”.
“Türkiyə iqtisadi probelmlərlə üzləşən dövlətlərdən biridir. Ölkənin milli valyutasının dəyərinin düşməsi bu problemin başlıca səbəbidir. Lirənin dollar qarşısında dəyər itiməsinin əsas səbəblərindən biri ölkənin ticari hissəsinin dollara indekslənməsidir. Prezident Ərdoğan əhaliyə səslənərək, əllərindəki dollarları lirəyə çevirmələrini bildirdi. Bir ölkədə başqa bir dövlətin valyutasına tələbat çox olarsa, ölkənin milli valyutası dəyər itirər. Türkiyə mərkəzi bankı faiz dərəcəsini artırdı. Bunlar müəyyən qədər işə yarasa da, böyük fayda vermədi. Səbəbini yuxarıda dediyim kimi, ölkədə güclü dollar indekslənməsi mövcuddur.
Çin öz yuannı bazara daxil etməyə səy göstərir. Rusiya satdığı enerjini rublla etmək qərarı verib. Rusiya, Türkiyə, Çin, İran, Hindistan, Malayziya kimi dövlətlər qızıla indeksli ticari dövriyəyə keçmə barədə fikirləşirlər. Rusiyada bu açıq dilə gətirilmişdi. Bu ölkələr “Btetton Woods” sistemini yenidən tətbiq etmək istəyirlər. Əgər bu baş tutsa və digər dövlətlər də tətbiq etsə, bu dolların sonu deməkdir. Ancaq bu bir xeyli vaxt tələb edən prosesdir. Bunun üçün bu dövlətlərdə bir xeyli qızıl ehtiyatı olmalıdır. İçlərində ən çox Rusiyanın qızıl ehtiyatı-2300 ton mövcuddur”, - deyə politoloq qeyd edib.
Politoloq qeyd edib ki, artıq yeni dünya nizamı uğrunda mübarizə şiddətlənib:
“ABŞ-ın yenə supergüc olacağını, doların da dominant valyuta olacağını zənn etmirəm”.