ABŞ və Fransanın Ermənistandakı səfirliklərinin öz vətəndaşlarını Azərbaycanla sərhəddən uzaq durmağa çağırması Ermənistanın yenidən Azərbaycana hücum etməyə hazırlaşmasının əlaməti kimi yozulmalıdır.
200-300 nəfərlik itkidən sonra Ermənistanın srağagün və dünən yenidən Azərbaycan mövqelərinə atəş açması Ermənistanın sakitləşmək fikrində olmadığını göstərir.
Ola bilsin ki, ABŞ və Fransadan Ermənistana açıq və gizli vəd edilən silahların ilk partiyası İrəvana çatdırılıb. Fransa və ABŞ ordularının təlimçilərinin Ermənistanda olmasını heç kim təkzib də etmədi. BMT TŞ-da müzakirələr də Ermənistanı şirnikləndirmiş ola bilər. Mümkündür ki, Ermənistana növbəti toqquşmaların olacağı təqdirdə Azərbaycanı işğalçı kimi tanıyan qətnamənin qəbul ediləcəyi vədi də verilib. 12-13 sentyabr döyüşlərindən sonra ABŞ və Fransanın Ermənistana verdiyi siyasi dəstək də Ermənistanı müharibəyə şirnikləndirən faktorlardan biri ola bilər.
Azərbaycan Qərb silahlarına qarşı tətbiq edə biləcəyi yeni silahlar əldə etmək haqda düşünməlidir. Ermənistan artıq Rusiyanın yox, ABŞ və Fransanın ön cəbhəsidir. Azərbaycanın hazırlıqları buna qarşı olmalıdır. Paralel olaraq dünya və daxili ictimai-siyasi rəyində Ermənistanın planlarıyla bağlı kommunikasiya işi qurulmalıdır.