“Almaniyanın Ukraynaya tank göndərməsi tək bizdən asılı olan məsələ deyil” – Olaf Şolts“Almaniyanın Ukraynaya tank göndərməsi tək bizdən asılı olan məsələ deyil” – Olaf Şolts facebook sharing buttontwitter sharing buttonwhatsapp sharing buttonsmartbee sharing button
Almaniya kansleri ölkəsinin Ukraynaya hərbi yardım zərfinə tankların daxil edilməsi imkanları haqda danışıb.
Yenicag.az pravda.com.ua-ya istinadən xəbər verir ki, Almaniya kansleri Olaf Şolts ölkəsinin Ukraynaya yüksək effktivliyə malik ağır silahlar göndərdiyini deyib.
Kanslerin sözlərinə görə, Almaniya müharibənin başlanğıcında tutduğu mövqeni bundan sonra da davam etdirəcək:
“Biz müttəfiqlərimizlə birlikdə Ukraynaya hərtərəfli yardım göstərməkdəyik.Bu çərçivədə Ukraynaya geniş həcmdə yüksək effktivliyə malik ağır silahlar göndərilib.
Onların arasında “Gepard”, “Panzerhaubitze 2000” reaktiv yaylım atəşi sistemləri və “Iris-T” zenit sistemlərini qeyd etmək olar.
Tank və başqa texnikaların göndərilməsinə gəldikdə isə bu tək bizdən asılı olan məsələ deyil”.