“Ukrayna ordusu cənubda xüsusi taktikadan istifadə edir” – “Die Welt”
Ukraynanın cənubunda əks-hücum artıq bir neçə həftədir ki, davam edir. Açıq görünür ki, Ukrayna müdafiəçilərinin istifadə etdikləri xüsusi taktika uğur gətirir.

Bu barədə alman qəzeti «Die Welt» yazır, onun jurnalisti hadisə yerində olub.

«Dəqiq müəyyən etmək çətindir ki, hazırda cəbhənin cənubunda nə baş verir və bir çox detallar çətin ki, müstəqil mənbələr tərəfindən təsdiqlənmiş olsun. Son bir neçə gündə «Die Welt»in jurnalistləri bölgəyə baxış keçiriblər ki, situasiya barədə təsəvvür əldə etsinlər» - «Düşməni sıxışdırıb çıxartmaq - belə taktika ilə Ukrayna cənubu azad etmək istəyir» başlıqlı məqalədə qeyd olunur.

Məqalədə deyildiyi kimi, əks-hücumun başlanmasına qədər Ukrayna silahlı qüvvələri Rusiya Federasiyasının hərbi infrastrukturunu güclü atəşə məruz qoyub.


Amerikanın HİMARS yaylım atəşli reaktiv sistemindən istifadə etməklə, USQ Antonovsk körpüsünə və işğalçıların Dnepr üzərindəki ponton körpüsünə hücum edib. İndi Rusiya Federasyasının ordusu bölgədə zəif vəziyyətdədir. Yalnız bir neçə körpü fasiləsiz təchizat üçün əlçatandır, qəzet yazır.
Ətraflı

Müharibənin indiyə qədərki gedişi göstərib ki, Rusiya ordusu özünün say üstünlüyündən istifadə edə bilmir - nə qədər ki, artilleriya dəstəyi göstərilmir. Ukraynalılar bu təcrübədən istifadə edirlər, məqalədə deyilir.

Belə ki, son ayda USQ düşmənin arxasında strateji obyektləri məhv edib: körpüləri, döyüş sursatı anbarlarını, komanda məntəqələrini, HHM elementlərini. Nəticədə, Rusiya ordusu təkcə özünün hücum potensialını itirməyib, həm də artıq eşalonlu müdafiə barədə düşünməyə başlayıb.

Yerində qəzetin müşahidə etdiyi kimi, ukraynalıların indiki hücumu klassik mənada əks-hücum deyil: nə hərbi texnikanın nəhəng kolonu var, nə eyni vaxtda hücum edən on minlərlə əsgər, nə də bomba tökən təyyarə sürüləri.

«Böyük ehtimalla biz, bu müharibədə zirehli texnikanın nəhəng kolonlarını və yüzlərlə piyadalari görməyəcəyik» - ukraynalı hərbi ekspert Vladimir Dasenko qəzetə müsahibəsində deyib.

Bütün bunlardan çıxış etsək, deyə bilərik ki, Ukrayna qüvvələri sürətli və böyük itkilərlə müşayiət olunan düşüncəsiz hücumlardan qaçırlar və bilirlər ki, Rusiya ordusunun öz müdafiə xətlərini hazırlamaq üçün kifayət qədər vaxtı olub, qəzet yazır.

Bunun əvəzində, onlar düşməni özünün strateji mövqelərindən «sıxışdırıb çıxartmaq» taktikasına üstünlük verirlər. Belə ki, Rusiyanın döyüş sursatı, yanacaq və ərzaqla təchizat yolları Ukrayna artilleriyasının atəşi altındadır və Putin ordusu üçün geri çəkilmək qaçılmaz olacaq.

Bu taktikanın mahiyyəti ondan ibarətdir ki, əvvəlcə artilleriya döyüş sursatı və yanacaq-sürtkü mterialları olan bütün anbarları məhv edir, ardınca Ukrayna piyadası «taqətdən düşmüş» Rusiya hissələrinə hücum edir, hansı ki, onların nəfəs dərib də geri çəkilmək üçün kifayət qədər köməyi yoxdur.
 

Dünyapress TV

Xəbər lenti