Pentaqon rəhbəri Ukrayna ordusunun uğurlarından danışdı –
ABŞ-ın Müdafiə naziri Lloyd Ostin bu gün Praqada Çexiyalı həmkarı Yana Çernoçovayla görüşlərdən sonra jurnalistlərə deyib ki, Ukrayna qüvvələri iki əks-hücumda döyüş uğurları göstərir. Nazir əlavə edib ki, Vaşinqton işğalçı Rusiya qüvvələrinə qarşı döyüşdə Kiyevə nə qədər lazım gəlsə dəstək verəcək. Ostin bildirib ki, Xersonda və Xarkovda uğurlara şahiddirlər.

Son günlər Ukrayna qüvvələrinin cənubda Xerson vilayəti və ikinci böyük şəhər Xarkovdan şərqdə və cənub-şərqdə irəliləməsinə dəlil artır. İki həftədir Xersonda böyük döyüşlər gedib. Son iki gündə isə Rusiya qüvvələrinin Xarkov yaxınlığından sıxışdırılması xəbərləri gəlir.

Ukrayna Prezidenti Volodimir Zelenski sentyabrın 8-də gecə müraciətində əsgərlərinin onlarla yaşayış məntəqəsini azad etdiyini bəyan edib. Onun sözlərinə görə, son bir həftədə Rusiya qüvvələrindən min kvadrat kilometrdən çox ərazi geri alınıb.

Rusiya rəsmiləri cəbhələrdən heç biri, o cümlədən Ukraynanın uğurları haqda heç nə deməyib. Rusiyapərəst hərbi blogerlər isə günlərdir hər iki cəbhə xəttində böyük yerdəyişmələri sənədləşdirir.

Sentyabrın 9-da Xarkovda işğal olunmuş ərazilərə Rusiyanın təyin etdiyi administrator “Rossiya-24” televiziyasına deyib ki, Ukrayna ordusu şərq vilayətində əsaslı qələbə əldə ediblər.

“İndi vəziyyət çox ciddidir. Müdafiə xəttimizin pozulması faktı artıq Ukrayna silahlı qüvvələri üçün əsaslı qələbədir”, – Vitali Qançev bildirib.
 
 
 

Dünyapress TV

Xəbər lenti