Berdyanskın mərkəzində şəhərin rusiyalı "komendantı"nın avtomobili partladıldı...
Berdyanskın mərkəzində şəhərin rusiyalı "komendantı"nın avtomobili partladıldı...

"Bu, işğal edilən Ukrayna ərazilərində Kreml əlaltılarına edilən sayca 20-ci hücumdur..."

"Ukrayna terrorçuları azad edilmiş ərazilərin sakinlərini qorxutmaqda davam edir..."

Rusiya tərəfindən işğal edilən Berdyansk şəhərində şəhər administrasiyası binasının yanında partlayış baş verib, daha sonra atışma başlayıb.

Moderator.az xəbər verir ki, bu barədə Zaporojye vilayətinin Rusiyanın nəzarətində olan hakimiyyət otqanları məlumat yayıb.

Bir nəfər, Berdyanskın "komendant"ı Artyom Bardin ciddi zərər çəkib. O, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

İşğalçı hakimiyyət nümayəndələri partlayışı "terror aktı" adlandırıb.

"Ukraynalı terrorçular azad edilmiş ərazilərin sakinlərini qorxutmaqda davam edir", - bu barədə Zaporojye vilayət administrasiyasının üzdəniraq ali şurasının üzvü Vladimir Roqov məlumat verib.

O, dəqiqləşdirib ki, Bardinin maşını göyə sovrulub, partlayış nəticəsində "xoş təsadüf nəticəsində içərisində heç kimin olmadığı daha üç mülki avtomobil" zərər çəkib.

O, sıradan çıxan avtomobillərin fotoşəkillərini dərc edib.

Bu, işğal edilən Ukrayna ərazilərində Kreml əlaltılarına edilən sayca 20-ci hücumdur.

Berdyanskda məmurlara sonuncu hücum avqust ayında baş verib.

O zaman Vladimir Roqovun rəhbərlik etdiyi "Biz Rusiya ilə birgəyik" ictimai hərəkatın könüllülər qərargahı hücuma məruz qalıb.

Üç gün ondan öncə Mixaylovkada şəhər milisinin rəisi Andrey Rıjkov asılmış vəziyyətdə tapılıb.

Avqustun 29-da işğal edilən Xerson vilayəti administrasiyası sədrinin kənd təsərrüfatı üzrə müavini Aleksey Kovalyov ölü tapılıb. O, başından güllələnib.

İyun ayında onun maşını partladılıb, o zaman o, xəstəxanaya düşüb.
 
 
 

Dünyapress TV

Xəbər lenti