Yunanıstan Silahlı Qüvvələri "S-300" hava hücumundan müdafiə sistemləri ilə Egey və Şərqi Aralıq dənizində missiya yerinə yetirən Türkiyə hərbi təyyarələrinə qarşı təxribat törədib.
Teref.Az Trend-ə istinadən bildirir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi bildirib. S-300 hava hücumundan müdafiə sistemləri Krit adasında quraşdırılıb.
Nazirlik bildirib ki, hadisə avqustun 23-də Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus F-16 hərbi təyyarəsi Egey dənizi və Şərqi Aralıq dənizində beynəlxalq hava məkanında uçarkən baş verib.
Təxribata baxmayaraq, Türkiyə təyyarələri planlaşdırılan tapşırığı yerinə yetirib və sağ-salamat öz bazalarına qayıdıb.