İsrail ordusuna və kəşfiyyat xidmətinə (Mossad) İranla bağlı istənilən ssenariyə hazır olmaq tapşırılıb.
Sfera.az xəbər verir ki, bu barədə İsrailin Baş naziri Yair Lapid özünün "Twitter" hesabında məlumat yayıb.
Baş nazir İsrailin İranla yeni nüvə razılaşmasına qarşı olduğunu xatırladıb və hərbçilərə hazır olmağı tapşırıb.
“Bu razılaşma hələ 2015-ci ildə imzalananda pis razılaşma idi. İndi isə İran texnologiyanın inkişafı baxımından fərqli vəziyyətdədir”, - deyə Baş nazir qeyd edib.