Rusiya hərbçiləri Ukraynanın Dnepropetrovsk vilayətininÇaplino qəsəbəsinin dəmir yolu vağzalına raket zərbəsi endiriblər.Son məlumatlara görə, zərbə nəticəsində 22 nəfər ölüb, 50-dən çox şəxs yaralanıb.Artıq bir sıra rəsmilər, o cümlədən Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel hadisəni qınayan bəyanatlarla çıxış ediblər.“Müharibə cinayətləri cəzasız qalmayacaq. Ukrayna ilə beynəlxalq həmrəylik isə geri çəkilməyəcək”, - deyə Mişel qeyd edib.