ABŞ və Cənubi Koreya son illərin ən böyük birgə hərbi təliminə başlayıb. Təlimlər sentyabrın 1-dək davam edəcək. Təlimlərdə məqsəd Şimali Koreyadan gələn təhlükəyə qarşı hazırlığın artırılmasıdır. Belə ki, Şimali Koreya bu il rekord sayda raket sınaqları keçirib, həmçinin Seul və Vaşinqtonu dəfələrlə təhdid edib.