TÜRK MİLLİ İSTİHBARAT TƏŞKİLATINDAN PKK-ya ZƏRBƏ - Mihyeddin Gulo məhv edildi + FOTO
Türkiyə Milli İstihbarat (Kəşfiyyat) Təşkilat Təşkilatı Suriyada PKK-ya əhəmiyyətli zərbə endirib.

Əməliyyat zamanı PKK-nın yüksək səviyyəli idarəçisi məhv edilib.

Suriyanın şimalında PKK/YPG terrorçularına ideoloji və silahlı təlim keçən Mihyeddin Gulo MİT-in keçirdiyi əməliyyat zamanı zərərsizləşdirilib. Qeyd edək ki, əməliyyat avqust ayının 9-da Qamışlıda həyata keçirilib.

Hebat Derik kod adlı Gulonun Türkiyə təhlükəsizlik qüvvələrinə qarşı bir çox aksiyaların planlaşdırılmasında fəal rol oynadığı da məlum olub. Mihyeddin Gulo eyni zamanda “Barış Pinarı” və “Zeytun budağı” əməliyyatları zamanı Türk ordusuna qarşı döyüşlərdə iştirak edib.
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2022-08_1661087140_1.jpg
 

Dünyapress TV

Xəbər lenti