Ermənilər Eynulla Fətullayevi əcnəbiyə bənzədib
Haqqin.az saytının rəhbəri Eynulla Fətullayev Laçın dəhlizi və Zabux kəndinə yollanması ilə bağlı daha bir paylaşım edib.

DİA.AZ Sfera.az-a istinadla bildirir ki, jurnalist ermənilərin də səfərinə reaksiya verdiyini qeyd edib. “Ermənilər yazır ki, Eynulla Fətullayevin Azərbaycanlı jurnalist olduğunu bilməmişik. Zənn etmişik ki, amerikalı və ya britaniyalıdır”,-deyə o bildirib.

Jurnalist separatistlərin qondarma Təhlükəsizlik Şurasının Rusiya sülhməramlılarının komandanlığına müraciət etdiyini vurğulayıb: “Onlar azərbaycanlı jurnalistlərin ermənilərin yaşadığı şəhər və kəndlərə səfərlərinin qadağan edilməsini tələb ediblər. Darıxmayın, az müddətdən sonra Xankəndinə də gələcəm...”.

Qeyd edək ki, 10 noyabr üçtərəfli (Azərbaycan, Ermənistan və Rusiya) bəyanatına əsasən Laçın şəhəri, eləcə də Zabux və Sus kəndlərində qeyri-qanuni məskunlaşmış ermənilər bu əraziləri boşaldır. Ermənilərin həmin əraziləri tərk etməsi üçün avqustun sonunadək vaxt verilib.

Dünyapress TV

Xəbər lenti