“Rusiya sonuncu strateji ehtiyat qüvvələri olan - üçüncü ordu korpusunu Ukraynaya göndərməyə hazırlaşır”.
“AzPolitika.info” xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Vladislav Seleznev deyib.
O, bildirib ki, üçüncü ordu korpusunun formalaşması hələ tam başa çatmayıb: “Bu korpusun 4000-ə qədər texnikası və müvafiq şəxsi heyəti var. Yaxın vaxtlarda döyüş korpusu tam formalaşacaq və onlar cəbhəyə yollanacaqlar. Faktiki olaraq rusların son strateji ehtiyatını da döyüşə atması simptomatikdir. Bu, düşmənin vəziyyətinin yaxşı olmadığını göstərir”.