Rusiya İrandan minə yaxın zərbə və kəşfiyyat PUA-sı sifariş edib – İDDİA
Rusiya İrandan 1000-ə yaxın zərbə və kəşfiyyat dronu sifariş edib.

Bu barədə tanınmış livanlı tədqiqatçı və jurnalist Elayca Maqye öz mənbələrinə istinadən məlumat yayıb.

“Bir neçə dron və rusiyalı zabitlərin təlim keçdiyi simulyatoru tədarük etdikdən sonra Rusiya İranla 1000 PUA-nın alınması üçün müqavilə imzalayıb. İlk pilotsuz təyyarələr artıq Ukraynada istifadə olunub”, - Maqye bildirib.

Onun sözlərinə görə, son on ildə Rusiya dron sənayesinə lazımi diqqət və sərmayə qoymayıb. Lakin ABŞ-ı qabaqlayaraq, hipersəs raketlərinin hazırlanmasına diqqət ayırıb. Amma Ukrayna müharibəsi sübut etdi ki, pilotsuz aparatlar hər bir ordu üçün daha lazımlı vasitədir.
 

Dünyapress TV

Xəbər lenti