ABŞ Müdafiə Nazirliyi Ukraynaya yüz minlərlə artilleriya sursatının və minlərlə raketin ötürülməsi prosesindədir. İqtisadiyyat.az xəbər verir ki, bunu ABŞ prezidenti Co Bayden deyib.
O qeyd edib ki, Vaşinqton Kiyevin münaqişədə mövqeyini gücləndirmək üçün yorulmadan çalışmağa davam edəcək:
"Müdafiə Nazirliyi yüz minlərlə artilleriya patronu, minlərlə raket və yüzlərlə zirehli texnikanın çatdırılması prosesindədir ki, bu da qışın gəlişində Ukraynanın mövqeyini gücləndirəcək".