"Çin Rusiyanın Ukraynaya qarşı apardığı müharibədə Moskvaya olan dəstəyini dayandırmalıdır. Pekinin yardımı bu hərbi əməliyyatların davam etdirilməsində əsas amil oldu".
"Reuters" agentliyi xəbər verir ki, bu sözləri NATO-nun səlahiyyət müddəti başa çatan baş katibi Yens Stoltenberq deyib.
Y.Stoltenberq əlavə edib ki, Rusiyanın istifadə etdiyi bir çox silahların istehsalını Çin həyata keçirir.
Y.Stoltenberq xəbərdarlıq edib ki, Pekinin Ukraynaya qarşı müharibəni davam etdirməsi onun maraqlarına və nüfuzuna mənfi təsir göstərə bilər.