Hindistan Ermənistana Akaş-1S sistemlərini tədarük etməyə başlayır
Hurriyyet.az xəbər verir ki, Hindistan Ermənistana Akaş-1S zenit-raket komplekslərini tədarük etməyə başlayır. Bu ilin sonuna qədər həmin mobil sistemlər İrəvana təhvil veriləcək. Bu barədə məlumatı "Indian Defense Research Wing" portalı dərc edib. 2022-ci ildə Ermənistan Hindistandan 15 ədəd Akaş-1S Hava Hücumundan Müdafiə sistemi satın alıb. Sövdələşmənin dəyəri 720 milyon dollar təşkil edib. "Bharat Dynamics Limited" şirkətinin istehsalı olan sistemlər avtomatik tuşlanan başlıqlarla təchiz edilib.