Erməni hərbçilər sərhəddən geri çəkilib? –
“Ermənistanın Azərbaycanla sərhəd perimetri üzrə aparmağa çalışdığı kəşfiyyat işləri nəyinsə hazırlığından xəbər verir”.

Bunu Yenicag.az-a açıqlamasında erməni mediasında sərhəd təxribatlarından sonra erməni hərbçilərin geri çəkildiyi ilə bağlı xəbərlərin hansı mesajı ehtiva etdiyindən danışan hərbi ekspert Telman Qasımlı deyib.

Onun sözlərinə görə, Cənubi Qafqazda prosesləri qarışdırmaq üçün Ermənistan böyük güclər tərəfindən oyuna gətirilib.

“Sürətli silahlanma, Avropa və ABŞ-dən istər maddi, istər hərbi dəstək birmənalı olaraq Ermənistan ordusunda islahatlara hesablanıb. Əlavə olaraq, Avropa İttifaqının mülki missiyasının müşahidə üçün Ermənistana gəldiyi hər kəsə məlumdur. Lakin bu missiya heç də mülki xarakter daşımır. Kontingentin tərkibi keçmiş hərbçilər və kəşfiyyatçılardan ibarətdir”, – deyə o əlavə edib.

T.Qasımlı qeyd edib ki, sadalanan bu amillər olsa da, olmasa da hər zaman erməni təxribatları ilə qarşılaşmışıq.

“Lakin əldə tutduğumuzu hər zaman təkzib etməyə çalışıblar. Bir sözlə, Ermənistan nəyi boynuna alıb ki, bu gün də kəşfiyyat xarakterli dronlar göndərdiyini öz üzərinə götürsün?
Ermənistanın Azərbaycanla sərhəd perimetri üzrə aparmağa çalışdığı kəşfiyyat işləri nəyinsə hazırlığından xəbər verir. Lakin orduda nə qədər islahat aparsa da, silahlanmağa çalışsa da Azərbaycanla üz-üzə gəlməyi bacarmaz. Hindistanın, Fransanın, ABŞ-nin dəstəyi ilə sentyabr, yaxud oktyabr aylarında regionda vəziyyət qarışa və gərginləşə bilər”, – deyə hərbi ekspert bildirib.
 

Dünyapress TV

Xəbər lenti