İsrail təyyarələri Yəmənin neft anbarlarını bombalayıb
Hücumda İsrail Hərbi Hava Qüvvələrinə məxsus ən azı 12 təyyarə iştirak edib

“Bir müddət əvvəl qırıcı təyyarələr son aylarda “Ənsar Allah” hərəkatı (husilər) tərəfindən İsrailə qarşı həyata keçirilən yüzlərlə hücuma cavab olaraq Yəmənin Hudeydə limanı yaxınlığındakı hərbi obyektlərə zərbələr endirib”.

AYNA xəbər verir ki, bu barədə İsrail Ordusu məlumat yayıb.

“The Times of Israel”in yazdığına görə, bu, İsrailin Yəməndəki hərbi obyektləri ilk dəfə bombalamasıdır.

“Al Hadath” telekanalı isə bildirib ki, hava hücumunda “F-35” qırıcıları da daxil olmaqla, İsrail Hərbi Hava Qüvvələrinə məxsus ən azı 12 təyyarə iştirak edib.

Belə ki, Hudeyda limanında neft anbarları, şəhərin elektrik stansiyası, eləcə də hərbi polis binası bombalanıb. Nəticədə 3 nəfər ölüb, 15 nəfər xəsarət alıb.
 

Dünyapress TV

Xəbər lenti