Xəbər verdiyimiz kimi, Müharibədən sonra isə şəhərdə hərbi geyimdə gəzən şəxslərin sayı kifayət qədər artıb. Natəmiz, uyğunsuz daşınılan bu geyimlərin hərbi geyim qaydalarına zidd olduğu da gözdən yayınmır. Bəzi hallarda isə hərbi formada gəzən şəxslərin ümumiyyətlə müharibə iştirakçıları olmaması faktları da üzə çıxıb. Bu baxımdan mağazalara hərbi formaların satışına qadağan oluna bilər?
Mövzu ilə bağlı Sonxeber.az-a danışan hərbi ekspert Emin Həsənli deyib ki, ümumiyyətlə hərbi formanın qanunla geyim qaydaları var. Nizamnaməyə hər bir vətəndaş əməl etməlidir:
"Hərbi formanın azyaşlı uşaqların geyinməsi və bunda maraqlı olması önəmlidir. Azyaşlılar və oğlan uşaqları, o cümlədən məktəbdə və bağçada təhsil alanlar tədbirlərdə geyinir. Bu daha gözəl və səliqəli görünür. Ancaq müharibədən sonra qazilərimizdə formaları gəyindi. Geyim qaydasına mütləq şəkildə əməl etmək lazımdır. Geyim qaydaları haqqında qanun və nizamnamə var. Ancaq ehtiyata buraxılan zabitlər, hərbi qulluqçular, gizirlər, ordu rəhbərliyinin icazə verdiyi şəxslər önəmli olduğu təqdirdə bu formanı geyinə bilər. Amma hara gəldi geyinmək olmaz"
Ekspertin sözlərinə görə, bir sıra şəxslər hər sahədə dələduzluğa yol verirlər. Bu dəfə də hərbi formaya əl atıblar:
"Qazi olmayan və müharibədə iştirak etməyən şəxslər var ki, onlar bu formanı geyinirlər. Bundan bəzi məqsədlər üçün istifadə edirlər və yolverilməzdir. Daha sonra ordudan gəlib və bu formanı fəhləlik məqsədilə geyinənlər olur. Bu da yolverilməz bir haldır. Hərbi formalar müqəddəsdir. Bu formanı şəhidlərimiz və qazilərimiz geyinib. İnsanlar yaşamaq hüququndan ancaq hərbi formada keçirlər. Bu formanı qəhrəmanlarımız geyinib və daim müqəddəsdir".