Fransa Ukrayna Silahlı Qüvvələrinin hərbçiləri üçün təlimlərin təşkili məqsədilə ölkəyə təlimatçılar göndərəcək.
Müvafiq sənədləri bu gün Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sırski imzalayıb.
“Mən artıq ilk fransalı təlimatçıların təlim mərkəzlərimizə baş çəkməsinə, onların infrastrukturu və işçi heyəti ilə tanış olmasına imkan verəcək sənədləri imzalamışam”, deyə Sırski “Telegram” kanalında bildirib.
Onun sözlərinə görə, danışıqlarda Ukraynanın müdafiə naziri Rustem Umerov da iştirak edib.
Qeyd edək ki, “New York Times” nəşri daha əvvəl NATO ölkələrinin Ukrayna Silahlı Qüvvələrinə təlim keçmək üçün öz hərbi təlimatçılarını Ukraynaya göndərmək qərarına tədricən yaxınlaşdıqlarını yazmışdı.