Britaniya Rusiyanın hərbi attaşesini qovur
Böyük Britaniya Rusiyanın hərbi attaşesinin ölkədən çıxarılacağını elan edib.

Bu barədə “Reuters” məlumat yayıb.

Bildirilib ki, bundan başqa, Britaniya hakimiyyəti bəzi mülkləri diplomatik statusdan məhrum etmək qərarına gəlib.

Daxili işlər naziri Ceyms Kleverli bu addımı Rusiyanın krallıqdakı zərərli fəaliyyətinə cavab kimi izah edib.

Üstəlik, Böyük Britaniyanın Daxili İşlər Nazirliyi rusiyalıların diplomatik viza almasına yeni məhdudiyyətlər tətbiq etdiyini açıqlayıb.

Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova artıq Londona adekvat cavab veriləcəyini deyib.
 

Dünyapress TV

Xəbər lenti