ABŞ qüvvələri çobanı Əl-Qaidənin yüksək rütbəli məmuru ilə səhv salaraq, pilotsuz təyyarənin endirdiyi zərbə nəticəsində öldürüb. Mediatv.az Publika.az-a istinadla xəbər verir ki, bu barədə “Vaşinqton Post”un araşdırmasında deyilib. ABŞ Mərkəzi Komandanlığının insidentdən təxminən bir il sonra verdiyi açıqlamada, "3 may 2023-cü ildə ABŞ Suriyanın şimal-qərbində Əl-Qaidənin yüksək rütbəli liderini hədəf alan birtərəfli antiterror hava hücumu həyata keçirdi" deyilib. İstintaq ABŞ ordusunun Əl-Qaidə hədəfini səhv müəyyən etdiyini və onun əvəzinə mülki vətəndaşın, Lüfti Həsən Mastonun vurularaq öldürüldüyünü təsdiqləyib. Öldürülən çoban 56 yaşında olub və Suriyanın Qorkanya şəhərində yaşayırmış. Öldüyü gün ABŞ-ın “Predator” pilotsuz təyyarəsi onu izləyib və evinin arxasına düşən “Hellfire” raketi ilə vurub. “Vaşinqton Post” yazıb ki, hədəfin kim olduğu və ya yanlış istiqamətləndirilmiş zərbəyə görə kiminsə cavabdeh olub-olmayacağı hələ də bəlli deyil.