Maraqlıdlr ki, İT təhlükəsizlik üzrə Kordinasiya Komissiyasının toplantısı ilk dəfə olaraq digər bir qurumda, Müdafiə Nazirliyində keçirilib . Görünən odur ki, kritik infrastrukturla bağlı dəyişikliklərdən sonra Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ölkənin kiber mühiti üçün, kritik infrastruktur üçün Müdafiə Nazirliyini daha önəmli hesab edib. Açıqlanan məlumatlardan görsənir ki , 2-ci Qarabağ Savaşından sonra MN-də kiber infrastruktur xeyli modenrləşdirilib, yeni strukturlar formalaşdırılıb, sistemlər yenilənib. Bu görüşün, kibertəhlükəsizlik və informasiya təhlükəsizliyi məsələsinin XRİTDX rəisi və MN-nin Baş Qərargah rəisi səviyyəsində baş tutması da çox maraqlı və diqqətçəkən məqamdır. Düşünmək olar ki, qarşıdakı dövrdə İT təhlükəsizlik üzrə Kordinasiya Komissiyasının diqqəti, ölkənin kiber resursları daha çox MN istiqamətinə yönələcək, orduda, onun müxtəlif strukturları arasında kommunikasiyada kiber məsələlərə ciddi önəm veriləcək. Belə görünür ki, Kordinasiya Komissiyası həm də kibermüharibə məsələlərinin kordinasiyasına önəm verəcək. Necə deyərlər, hibrid müharibələr müvafiq Komissiyaların da hibridləşməsini zəruri edir. Osman Gunduz Teref.az