DİA.AZ: - Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Suraxanı rayon şöbəsinin rəsmisi Qazinin evinə gəlib medallarını geri alıb. DİA.AZ bildirir ki, 27 sentyabr 2020-ci il tarixində başlanan Vətən Müharibəsinə hərbi xidməti bitirdikdən sonra Səfərbərliklə yenidən cəlb olunan, döyüşlərdə tuşlayıcı olaraq yaxından iştirak edərək ali baş komandan cənab İlham Əliyevin də müvafiq sərəncamı ilə 3 medalla təltif olunan Abbasov Mübariz Şahin oğlu ilginc açıqlamalar verib.
Qarabağ Qazisinin DİA.AZ-a bildirdiyinə görə, yaşadığı Suraxanı rayon Qaraçuxur qəsəbəsinin "Şərq massivi" adlanan ünvanına gələn Səfərbərlik Xidmətinin yeri şöbəsinin rəsmi şəxsi onu hədələyib: "Mənə bildirdi ki, əgər xoşluqla medalları və vəsiqəni verməsəm, polislə gələcək. Mən də bu şəxsə inanıb medalları və cənab Prezidentimizin imzasıyla təsdiq olunmuş vəsiqəmi ona verdim".
Çox maraqlıdır, əgər hansısa rəsmi qərar varsa, nədən Mübariz Abbasovu Səfərbərlik Xidmətinə rəsmi dəvət elətdirib, hansısa rəsmi sənədə imza atdirmadan onun təltifləri geri təhvil alınmayıb?
Qarabağ Qazisi bu qəribə olayla bağlı əlaqədar qurumlardan və Prezidentdən kömək istəyir.
Məsələ diqqətimizdədir və aidiyyatı üzrə bütün maraqlı tərəfləri dia.az olaraq dinləməyə hazırıq...