Latviyada NATO-nun ehtiyacları üçün döyüş sursatı və digər hərbi təyinatlı malların istehsalı zavodunun tikilməsi planlaşdırılır. “İnterfaks” xəbər verir ki, bu barədə LETA agentliyi Latviyanın müdafiə naziri İnara Murniyesə istinadən məlumat yayıb.
“Dövlət səhmdar cəmiyyətinin yaradılması məsələsi nəzərdən keçirilir, onun vəzifəsi təkcə öz silahlarını tədarük etmək üçün deyil, həm də digər NATO-ya üzv dövlətlərə kömək etmək üçün istifadə edilə bilən hərbi məhsullar istehsal etmək olacaq”, – deyə bildirib.
Bildirilir ki, belə bir qərar Müdafiə Nazirliyinin rəhbərinin Latviya prezidenti Edqar Rinkeviçlə keçirdiyi görüş nəticəsində “bütün dünyada silah və silah sistemlərinin qıt edildiyini nəzərə alaraq qəbul edilib.