Rusiya Ukraynada yaşayış binasını vurdu: Ölənlər var - VİDEO
Rusiya hərbçiləri Ukraynanın Donetsk vilayətinin Pokrovsk şəhərinin mərkəzində yaşayış binalarına iki raket zərbəsi endiriblər.

Bu barədə vilayət administrasiyasının rəhbəri Pavel Kirilenko bildirib.

Onun sözlərinə görə, zərbələr bir neçə dəqiqəlik fasilələrlə endirilib. Hücum nəticəsində doqquz və beşmərtəbəli binalara, həmçinin digər yaşayış evlərinə, hotelə, mağazalara və inzibati binalara ziyan dəyib.

Ukrayna Prezident Aparatının rəhbəri Andrey Yermak iki nəfərin həlak olduğunu bildirib. Onun sözlərinə görə, daha dörd yaralı təcili yardım maşını ilə xəstəxanaya aparılıb.
“Rusiya terrorunu dayandırmaq lazımdır. Ukraynanın azadlığı uğrunda mübarizə aparan hər kəs insanların həyatını xilas edir. Dünyada bizimlə birlikdə Ukraynaya kömək edən hər kəs terrorçuları məğlub edəcək. Rusiya bu dəhşətli müharibədə etdiyi hər şeyə görə cavabdeh olacaq”, - Ukrayna Prezidenti Volodimir Zelenski sosial şəbəkədə hadisəni şərh edərək yazıb.

Mənbə: TV Rain
 

Dünyapress TV

Xəbər lenti