“Vaqner” qiyamı ilə bağlı həbslər başlayıb - "Bizi artıq çürüdürlər” + VİDEO
Dünən axşam politoloq və publisist Mixail Serenko Volqoqradda saxlanılıb.

“AzPolitika.info” Rusiya mediasına istinadla xəbər verir ki, yaxınlarının dediyinə görə, Serenko Yevgeni Priqojin rəhbərlik etdiyi “Vaqner” PMC-nin silahlı üsyanına kömək etməkdə şübhəli bilinir.

Serenkonun həyat yoldaşının sözlərinə görə, saat 22-də onların mənzilinə 6 silahlı polis əməkdaşı və bir müstəntiq daxil olub. Hüquq mühafizə orqanlarını əməkdaşları mənzildən demək olar ki, bütün avadanlıqları götürüb və vəkilini çağırmağa imkan vermədən Serenkonu polis şöbəsinə aparıblar.

Daha sonra politoloqun vəkili aydınlaşdırdı ki, FSB cinayət işinə operativ dəstək verir, lakin politoloqun konkret nədə ittiham olunduğu hələlik məlum deyil.
Mixail Serenko Volqoqradda bir neçə çap mediasında çalışıb. O, şəhər dumasının deputatı olub, daha sonra Traktorozavodski rayonunun administrasiyasının rəhbəri təyin edilib. Sonralar MİAK-a və Volqoqrad bələdiyyə televiziyasına rəhbərlik edib. Bir neçə il əvvəl o, “Freedom Island” internet nəşrinin yaradıcısı olub.

Dünən “Vaqner”ə dəstək videosu ilə müraciət edən “Ştorm-Z” özəl hərbi təşkilatı isə Yevgeni Priqojini xəyanətdə günahlandırıb. Əsasən məhkumların daxil olduqları bölüyün nümayəndələri Priqojini boşboğazlıqda günahlandırıb və ona inananları qisasçıların ümidinə buraxdığını deyiblər.

Muzdlular əmin edirlər ki, yaxşı adamlar Priqojin kimi insanlıqdan çıxmış birisinə xəyanəti bağışlamayacaqlar.

Silahlılardan birinin sözlərinə görə, “Vaqner”i dəstəkləyənlərə qarşı artıq repressiyalar başlanıb: onlar artıq “Putinin aşpazı”nın xəyanətinin nəticələrini öz “dəri”lərində hiss etməyə başlayıblar.
b_400_300_16777215_00_http___teref.az_uploads_posts_2023-06_1687715706_1.jpg
“Burada komandirlər artıq bizi çürüdürlər, boğurlar. Belə olmamalı idi. İnsanlar bir-biri ilə hərəkət edəndə bərabər hərəkət edirlər. Sən isə, belə çıxır ki, insan deyilsən. “Şerstyuqa”san (termin həbsxana lüğətində həbsxana rəhbərliyi ilə əməkdaşlıq edənlərə aid edilir - red.). Sənə başqa ad vermək olmaz. Əgər belə deyilsə, özünü göstər. Biz sənə arxayınıq”, - deyə o əlavə edib.

“Jenya, sən bizi və digər oğlanları satdın. Yaxşı bazar açdın. Biz səni dəstəklədik, bəs indi nə olacaq? Bizə artıq “yaxşı həyat” vəd edirlər. Elə sənin oğlanlarına da. İnan, yaxşı adamlar bunu belə qoymayacaqlar”, - deyə başqa bir döyüşçü bildirib.

Xatırladaq ki, “Vaqner” qüvvələri bir gün əvvəl Rostovda bütün hərbi obyektləri, o cümlədən hərbi aerodromu, Cənub Hərbi Dairəsinin qərargahını nəzarətə götürəndə və Priqojin Moskvaya “ədalət marşı” elan edəndə, “Ştorm-Z” muzdluları “Vaqner” ÖHŞ-ni dəstəklədiklərini elan etmişdilər.

 
 
 

Dünyapress TV

Xəbər lenti