NATO-nun üç hərbi gəmisi İsveç paytaxtının Frihamnen limanına yollanır.
İsveç Silahlı Qüvvələrinin sözçüsü Mari Tiseter vəziyyəti şərh edib:
“Bu, normal səfərdir. Gəmilər limana tədarüklərini artırmaq və heyətə istirahət vermək üçün daxil olacaqlar. Adətən ildə 30-a yaxın belə hal olur”. Bildirilir ki, NATO gəmilərini krallığın sahil mühafizəsi və dəniz polisi müşayiət edir.