Rusiyada “Vaqner” özəl hərbi şirkətinin kolonlarının hərəkətinə dair ilk kadrlar yayılıb. Oxu.Az xəbər verir ki, görüntülər sosial şəbəkənin Rusiya seqmentində paylaşılıb. Həmin kadrları təqdim edirik:
Qeyd edək ki, “Vaqner”in təsisçisi Yevgeni Priqojin bir qədər əvvəl açıqlamasında belə demişdi:
“Bizim bölmələrimiz bütün istiqamətlərdə Rusiyanın dövlət sərhədini keçiblər. Biz Rostova gəlirik. Qarşımızda duracaq hər şeyi məhv edəcəyik. İrəli gedirik, sona qədər”.