Priqojin rus polkovniki yaxaladı: “Vaqner”ə atəş açıb - Şok video
“Vaqner” özəl hərbi şirkətin rəhbəri Priqojin Rusiya ordusunun polkovnik-leytenantının etiraflarını əks etdirən görüntü paylaşıb.

Axar.az xəbər verir ki, Priqojin onu özü danışdırıb və etirafa məcbur edib.

Polkovnik-leytenantın sözlərindən belə məlum olur ki, o, tabeliyində olan əsgərlərə vaqnerçilərə atəş açmaq əmri verib. Zabit bunun səbəbi kimi şəxsi düşmənçiliyini və vaqnerçilərdən zəhləsi getdiyini göstərib.

O, vaqnerçilərə niyə nifrət etdiyini izah edə bilməyib.

Dünyapress TV

Xəbər lenti